"Bütün komandalar "Neftçi"dən çəkinsin" MÜSAHİBƏ

19.04.2014 | 4602 dəfə oxunub

"Neftçi"nin hücumçusu Ruslan Qurbanov Stadium.az-a müsahibə verib


- "Sumqayıt"la oyunöncəsi fikirlərini bilmək maraqlı olardı...
- Biz ancaq qələbə üçün oynayacağıq. Çünki bizə üç xal çox lazımdı. Təbii ki, 0:2 hesablı məğlubiyyətinin də revanşını alacağıq.

Ruslan deyilənə görə, məğlubiyyətdən sonra “Neftçi” “Sumqayıt”dan çəkinir...
- "Neftçi" heç kimdən çəkinmir. Heç vaxt da çəkinməyəcək. Sadəcə bütün rəqiblərə hörmət edirik. Qoy bütün komandalar “Neftçi”dən qorxsun. Fakt odu ki, “Neftçi”  ilə oyuna bütün komandalar iki qat güclə hazırlaşır.

- Ölkə kubokunda “Rəvan”a qalib gələ bilmədiz. Halbuki oyundan əvvəl sizdən böyükhesabı qələbə də gözləyənlər də var idi. Həmin oyunun təsirindən çıxa bilmisiz?
- Biz onsuzda “Rəvan”ı öz meydançasında məğlub edəcəyik. Sadəcə ilk oyunda epizodlardan istifadə edə bilmədik. Bir penaltimizi də baş hakim vermədi. Komandada depresiya yoxdu. Kollektivin əhval-ruhiyyəsi əladı. İnşallah “Rəvan”ı məğlub edərək gücümüzü hamıya göstərəcəyik.

- Çempionat oyununda “Rəvan”a qarşı səfər matçına çıxdın və qol vurdun. Bəlkə bu dəfə də belə oldu?
Təbii ki, qol vurmaq istəyirəm. Ancaq hamı da bilir ki, bu hər dəfə belə alınmır. Ancaq inşallah qalib gələrik. Əsas komandanın qələbəsidi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail