"Qəbələ" İtaliyada qazandı

19.04.2014 | 3564 dəfə oxunub

İtaliyanın Turin şəhərində 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında keçirilən Stefano Qusella xatirə turnirinin açılış günü "Qəbələ" üçün uğurlu alınıb. Stadium.az xəbər verir ki, açılış günündə iki oyun keçirən "qırmızı-qaralar" aktivinə 4 xal yazıb.

İlk matçda yerli "Valle dAosta" kollektivi ilə üz-üzə gələn Hüseynqulu Quliyevin yetirmələri meydançanı 1:1-lik heç-heçə ilə tərk edib. "Qəbələ"yə 1 xal qazandıran qolu Nəsib Ələkbərov rəqib qapısından keçirib. İkinci oyunda "Arenzano" ilə qarşılaşan təmsilçimiz turinliləri meydançaya çıxmağa peşman edib. Cavidan Qasımlı (2), Əli Məzahirli (2), Allahverdi Əsədov (2), Əli Sadıxov və Nəsib Ələkbərovun qolları "qırmızı-qaralar"a 8:0-lıq qələbə qazandırıb.

Komandamız qrupun son oyununda bu gün "Torino" ilə üz-üzə gələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail