Qurban Qurbanov: "Qələbələri sıralamağa çalışacağıq"

07.07.2011 | 4977 dəfə oxunub

"Bu gün daha çox qol vura bilərdik. Amma bir neçə şansı əldən verdik". Stadium.Az xəbər verir ki,bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Litvanın "Banqa" komandasını 3:0 hesabı ilə yendikləri Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündən sonra deyib. 

O, stadionda yaratdıqları ab-havaya və komandanı dəstəklədikləri üçün azarkeşlərə minnətdarlıq edib. Qurbanov Farer adalarının "Streymur" komandası ilə II təsnifat mərhələsindəki oyunlara hazırlıq prosesində çatışmayan cəhətlər üzərində işləyəcəklərini söyləyib: "Streymur" artıq 4 ildir ki, Avropa təcrübəsinə malikdir. Rəqibə hörmətlə yanaşırıq. Növbəti oyunumuzadək çatışmayan cəhətlərimiz üzərində işləyəcəyik. Çalışacağıq ki, qələbələri sıralayaq. Çünki bizim qələbələrə daha çox ehtiyacımız var. Yalnız bu halda komandamızda qələbə psixologiyası formalaşa bilər".

Gənc mütəxəssis komandasında gənclərdən Qara Qarayevin oyununu xüsusi qeyd edərək, bildirib ki, bu futbolçu artıq istənilən səviyyədə oyun sərgiləməyə başlayıb: "Gələcəkdə biz Qarayevdən daha çox yararlanmağı düşünürük".

"Streymur"u keçəcəyiniz halda, yeni transferlər olacaqmı?" sualına Qurbanovun reaksiyası belə olub: "Biz əsasən yerli oyunçuların inkişafına çalışırıq. Hələlik öz oyunçularımıza güvənirik. Zədə olarsa, məcburiyyətdən transfer edə bilərik.rnrnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail