Tahir Süleymanov "Neftçi"dən getdi

24.04.2014 | 3721 dəfə oxunub

“Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov istefa verib. 4 ildir ki, bu klubda çalışan və qazanılan uğurlarda əməyi olan Süleymanov “Rəvan”la bu gün keçiriləcək kubok oyunundan öncə istefa ərizəsini prezident Sadıq Sadıqova təqdim edib. Stadium.az futbol11.az-a istinadən xəbər verir ki, bunu söhbətində Süleymanovun özü də təsdiqləyib: “Bəli, mən istefa ərizəmi yazmışam. Artıq həmin ərizəni klub prezidenti Sadıq Sadıqova təqdim etmişəm. Məsələ burasındadır ki, mənə görə köklü, tarixi olan “Neftçi” klubuna ziyan dəyməsini istəmirəm. Mənə verilən 20 min manat cəriməni ödəməyə imkanım yoxdur, imkanım olsa belə ödəmərəm. Çünki həmin qərarın kökündə qərəz var. Mən bütün bunları əsas gətirib, ərizəmi klub prezidentinə təqdim etdim. Mən həmişə olduğu kimi, klubun mənafeyini nəzərə alıb, bu addımı atdım. Sadə vətəndaş kimi gedib, “Rəvan” – “Neftçi” matçını izləyə bilərəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail