Ölkə kubokunun ilkləri

25.04.2014 | 3581 dəfə oxunub

Azərbaycan kubokun yarımfinal mərhələsinin nəticələrinə əsasən “Neftçi” və “Qəbələ” həlledici matça vəsiqə qazanıblar. Stadium.az xəbər verir ki, mayın 22-də baş tutacaq final qarşılaşmasına bu 2 klubun çıxması kubok tarixində ilklərə səbəb olub.

Ölkə kubokunun 22 illik tarixində ilk dəfə eyni komanda ardıcıl 3-cü dəfə finala yüksəlib. Buna 2011/12 mövsümündə finalda uduzan, 2012/13 mövsümündə isə kuboku başı üzərinə qaldıran “Neftçi” nail olub. Bakılılar indiyədək heç kimin bacarmadığına imza atıb. Bunadək 6 dəfə eyni klub ardıcıl 2 finalın iştirakçısı olsa da, onlardan heç biri 3-cü mövsümdə bunu təkrarlamamışdı.

22 il ərzində yalnız 3 dəfə eyni baş məşqçi ardıcıl 2 finalda komandasının başında olmuşdu. Böyükağa Hacıyev “Neftçi” ilə ardıcıl 3-cü dəfə həlledici qarşılaşmaya yüksəlməklə ilkə imza atıb.

“Qəbələ” futbol klubu tarixində ilk dəfə Azərbaycan kubokunun finalına yüksəlib. Əyalət təmsilçisi bunu bacaran 16-cı komandadır. 8-ci dəfə finala vəsiqə əldə edən “Neftçi” isə bu siyahıya başçılıq edir: “Neftçi” 8, “Qarabağ” 6, “Xəzər Lənkəran” 5, “Kəpəz”, “İnter” hərəsi 4, “Bakı” 3, “Şəmkir”, “Kür” hərəsi 2, “Şəfa”, “İnşaatçı” (Bakı), “İnşaatçı” (Sabirabad), “Xəzri”, “MKT-Araz”, “Xəzər” (Lənkəran), “Karvan”, “Qəbələ” hərəsi 1 dəfə.

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Azərbaycan kubokunda finala komanda çıxaran ilk rusiyalı mütəxəssisdir. Bunadək legionerlərdən yalnız Ukrayna (Valentin Xodukin – 2, Anaroli Konkov, İqor Nakoneçnı), Gürcüstan (Kaxaber Sxadadze), Türkiyə (Cüneyt Biçər), Rumıniya (Mirça Rednik) və Uels (Con Toşak) təmsilçiləri komandalarını həlledici matça daşımışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail