"Qovulma bizə kömək oldu" AÇIQLAMA

27.04.2014 | 3951 dəfə oxunub

Futzal üzrə UEFA kubokunda III yer uğrunda keçirilmiş “Kayrat” - “Araz” oyunundan (4:6) sonra komandamızın baş məşqçisi Joze Alesio oyunu şərh edib. Stadium.az Alesionun fikirlərini diqqətinizə çatdırır: “Çətin oyun idi. Psixoloji planda bizə “Barselona”ya qarşı oyundan çətin idi. “Kayrat”a köklənmək lazım idi. Oyunçularım öz işini gördülər. Rəqibimiz ciddi idi. Onlar ötən Kubokun qalibi idilər. Çox gözəl oyun alındı”. Əvvəllər “Kayrat”da işlədiyini nəzərə alsaq, Alesio qələbənin prinsipiallığını qabardıb: “Kayrat həmişə yaxşı komanda olub və onu bu gün məğlub etmək, mənim üçün fəxr idi”. Alesio Namik Məmmədkərimov və Vitali Borisovun oynamamasına da aydınlıq gətirib: “Vitalinin zədəsi var və o, tam hazır deyildi. Namiq isə yarışa üç gün qalmış bizə qoşulub. Onu oyuna alışdırmağa vaxtımız çatmayıb. O, hazır deyildi”. Məşqçinin sözlərinə görə, “Kayrat”ın qapıçısı İgitaya göstərilmiş qırmızı vərəqə Qazaxıstan çempionu üzərində qələbə qazanmaqda komandamıza kömək olub: “Bu qovulma bizə kömək oldu. Onların qapıçısı çox güclüdür və hücumların gedişində tez-tez meydan oyunçusu kimi istifadə edilirdi”. Alesio gələcək planlara da toxunub: “Dəyişikliklər olacaq. Heyətimizə ən yaxşılar gələcək. Komandanı yaxşılaşdırmaq, gücləndirmək lazımdır”. Klubla artıq başa çatmış müqaviləsinə gəlincə, təcrübəli mütəxəssis qeyd edib ki: “Rəhbərliklə görüşmək və müzakirə etmək lazımdır. Qalıb-qalmayacağımı hələ bilmirəm. Bu məsələni hələ həll edəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail