Mustafa Dənizli: "Nə edəcəyimizi bilmirik"

27.04.2014 | 3722 dəfə oxunub

Premyer Liqasının 32-ci turunda “İnter” “Şəfa” stadionunda “Xəzər Lənkəran”la qarşılaşdı. Stadium.az xəbər verir ki, təqibini 3-0 hesabı ilə məğlub edən paytaxt klubu çempionluq uğrunda mübarizəni davam etdirdi. “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizli darmadağın olmalarını belə şərh etdi: “Nə deyəcəyimi bilmirəm. Bir neçə həftədir ki, yaxşı oynasaq da, pis oynasaq da məğlub oluruq. Uğursuz bir seriyamız var, bu gün də davam etdi. Çevirə biləcəyimiz bir oyunda məğlub olduq. Bu psixologiya ilə də qələbə qazanmaq olmur. Uğursuz seriyanı qıra bilmədik. Hədəfimiz kubokda uğur qazanmaqdı. Təəssüf ki, yarımfinalda mübarizəni dayandırdıq. Premyer Liqada qazanacağımız bir şey yoxdur. Amma buna baxmayaraq, komanda uğuru çıxış etməlidir. Komandanın yetirmələrinə də diqqət yetirməliyik. Bu layihəni rəhbərliklə bir daha müzakirə edəcəyik. Məğlub olduğumuz üçün üzülürəm. Çox az sayda yerli futbolçulara sahibik. Formada olsalar da, olmasalar da məcburiyyətdən onları meydana buraxırıq. Biri zədələnəndə nə edəcəyimizi bilmirik. Hamısı mövsüm boyu çox çalışdı, komandanın yükünü çəkdilər. Xüsusən də Tural Cəlilov, Elnur Abdullayev, Rahid Əmirquliyev və Rasim Ramaldanov. Qış fasiləsində bəzi oyunçuları heyətimizə cəlb etmək istəyirdik, alınmadı. Transferlər etməyimiz şərtdir. Hər bir futbolçunun problemi ola bilər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail