"Qarabağ" 900-ə çatdı

28.04.2014 | 3301 dəfə oxunub

“Qarabağ” Azərbaycan çempionatları tarixində 900-cü qolunu vurub. Stadium.az xəbər verir ki, 1992-ci ildən keçirilmiş milli çempionatların daimi iştirakçısı olan Ağdam təmsilçisi yubiley qolunu Topaz Premyer Liqasının XXXII turunun “Neftçi” ilə oyununda vurub. Bu topun müəllifi komandasına 1 xal qazandıran qolu vuran Murem Muarem olub. 800-cü qolunu ötən mövsümün əvvəlində vuran “Qarabağ”a növbəti yubileyinə çatmaq üçün 20 ay lazım olub. Ağdamlılar çempionatdakı qol sayında yalnız “Neftçi”dən (1135 qol) geri qalır.
Əyalət təmsilçisi 540 qolu evdə, 345-ni səfərdə, 15-ni netral meydanlarda vurub. İndiyədək 621 matç keçirən və bunların 21-də texniki nəticə qeydə alınan “Qarabağ” 900-ə nəticəsi rəsmiləşən 600-cü matçında imza atıb. Bununla da komandanın orta məhsuldarlığı 1,50-yə bərabər olub.
“Qarabağ”ın çempionatdakı tarixi qolları:
N
Oyunçu
Rəqib
Yer
Dəq.
Mövsüm
Tarix
1
Mehman Alışanov
İnşaatçı(Sabitabad)
e
4
1992
03.05.1992
100
Səttar Əliyev
Xəzər (Sumqayıt)
e
68
1993/94
30.09.1993
200
Müşfiq Hüseynov
Kür-Nur (Mingəçevir)
e
-
1995/96
01.10.1995
300
Bəxtiyar Musayev
Neftçi (Bakı)
e
64
1997/98
22.11.1997
400
Elmir Xankişiyev
Şəfa (Bakı)
s
13
1999/2000
03.04.2000
500
Eldəniz Məmmədov
Şahdağ-Samur (Qusar)
s
89
2003/04
13.09.2003
600
Vasif Haqverdiyev
MOİK (Bakı)
e
14
2005/06
29.04.2006
700
Rəşad Sadiqov
Qəbələ (Qəbələ)
s
78
2009/10
06.12.2009
800
Rəşad Sadıqov
Sumqayıt (Sumqayıt)
s
21
2012/13
19.08.2012
900
Muarem Muarem
Neftçi (Bakı)
e
51
2013/14
27.04.2014

1995/96 mövsümündə vurulmuş qolların dəqiqələri protokollarda qeyd olunmayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail