"Bayıl Arena" təbii örtüklü olacaq?

30.04.2014 | 3900 dəfə oxunub

Süni meydançalar futbolun bir nömrəli düşməni hesab olunur. Təəssüf ki, bu tendensiya Azərbaycanda da geniş yayılıb və hazırda Premyer Liqada çıxış edən 10 klubdan tən yarısı bu tip meydançaların xidmətindən yararlanır. Ən çox təəssüf doğuran isə bütün bunlara AFFA-nın rəvac verməsidir. Elə AFFA-nın hesabına tikilən “Dalğa Arena”, “Bayıl Arena”, Sumqayıt İdman Mərkəzinin stadionu, Tovuz Şəhər Stadionu, Ağsu Şəhər Stadionu və bir sıra digər stadionların örtüyü də sünidir.
 
Stadium.az xəbər verir ki, bu stadionlardan “Bayıl Arena”nın süni örtüyü yaxın zamanlarda təbii örtüklə əvəzlənəcək. Artıq AFFA rəhbərliyi bu məsələnin müzakirəsinə start verib. Burada əsas səbəb gələn il Bakıda keçiriləcək Avropa oyunlarıdı. Bildiyiniz kimi, proqramda futbol da əssa yer tutur və həm FİFA, həm də UEFA ilk növbədə təbii örtüyün tərəfdarıdır. Elə AFFA-ya da bununla bağlı tapşırıq öncədən verilib. Federasiya rəhbərliyi Tofiq Bəhramov adlna Respublika, eləcə də “Bakcel Arena” və Olimpiya stadionunu ilə bərabər “Bayıl Arena”nın da xidmətindən istifadə etməyi  düşünür. Məhz bu mənada gələn ilə kimi Bayıldakı arenaya təbii örtüyün döşənməsi planlaşdırılır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail