"Bakıda bütün azarkeşlər yüksək səviyyəli oyun nümayiş etdirdiyimizi gördü" MÜSAHİBƏ

30.04.2014 | 3689 dəfə oxunub

"Kayrat" futzal klubunun baş məşqçisi Rikardo Sobral (Kaka) müsahibə verib. 

  - Kaka "Araz"a qalib gələ bilərdiz. Amma sonda uduzduz. Üçüncü yeri də tuta bilmədiz. Niyə belə oldu?

- Bu oyunun müqəddəratını bir hadisə dəyişdi. O da İquetanın qırmızı vərəqə alması. Başqa heç nə. 

- Səncə, həmin epizodda İqueta səhv hərəkət etdi? Topa çıxmalı idi?
- Açığı iki güclü komanda oynayırdı. Biz yarımfinalda da əla oynamışdıq. İquetanın epizoduna gəldikdə, düz etmişdi. İrəli çıxıb topun qarşısını aldı. Amma hakimlər səhvə yol verdi. Qapıçımıza səhvən qırmızı vərəqə göstərdilər. Layiq deyildi qırmızı vərəqəyə. Əgər hakimlər İquetaya qırmızı verməsəydilər, “Araz”ı asanlıqla məğlub edərdik. 

- Həm yarımfinalda, həm də üçüncülük uğrunda matçda uduzmağınıza baxmayaraq iddialı danışırsız. Sizcə, “Kayrat” bu qədər güclü idi?
- "Kayrat" Bakıda futzalın pik nöqtəsində oynadı. Yüksək səviyyəli oyunumuza görə də hamının rəğbətini qazandıq. Azarkeşlər də “Kayrat”ın gücünü gördü. Heyf ki, həm yarımfinalda, həm də üçüncülük uğrunda matçda hakim səhvləri uğur qazanmağımıza mane oldu.

  - Deməyindən belə çıxır ki, hakimlər “Araz”a kömək edirdi?

- Bəli, hakimlər bərbad idarəçilik etdi.

 - Bakıya çempion kimi gəlmişdiz. Son çempionun turniri medalsız başa vurmasına Qazaxstanda necə reaksiya verdilər? Rəhbərlikdən sizi tənqid edən oldu?

- Biz Qazaxstanda həm ölkə çempionluğunu, həm də kuboku götürdük. Yeryomenko kubokuna da sahib çıxmışdıq. “Dördlər finalı”na da çıxmaq böyük iş idi. Komandamla fəxr edirəm. Mövsümü görün necə titulla başa vurduq. Heç kəs bizi tənqid etməz. (sportinfo.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail