Bombardir mükafatlandırıldı FOTO

30.04.2014 | 3625 dəfə oxunub

Bu gün Bakının Nəsimi rayonundakı 248 saylı orta məktəbdə "Kapital bank U-15 Liqa"nın 2012/2013-cü il mövsümünün bombardiri, "Bakı"nın futbolçusu Sərxan Qaraşlının AFFA və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində mükafatlandırılma mərasimi keçirilib. Stadium.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə əvvəlcə direktor Əsli Quliyeva çıxış edərək məktəbin şagirdinin belə bir uğur qazanmasının müəllim və şagird kollektivi üçün sevindirici hal olduğunu bildirib.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mikayıl Nərimanoğlu deyib ki, AFFA müxtəlif yaş qruplarından ibarət komandalar arasında liqalar təşkil edir və U-15 Liqasında ötən mövsüm 18 komanda, 470 oyunçu çıxış edib, cari mövsümdə isə 20 komanda, 489 futbolçu mübarizə aparır. Liqaların bombardirlərinin mükafatlandırılmasının ənənəvi xarakter aldığını bildirən M.Nərimanoğlu, analoji tədbirlərin gələcəkdə də təşkil olunacağını söyləyib.

21 qol vurmaqla U-15 Liqasının ən məhsuldar oyunçusu olmuş Sahil Qaraşlı tədbirin təşkilinə görə AFFA-ya minnətdarlığnı bildirib. Sonda veteran futbolçu, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev AFFA-nın hədiyyələrini Sahil Qaraşlıya təqdim edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail