Əmrah Çəlikəl: "Streymur"a zəif yanaşsaq, sonrası bizim üçün çətin olar"

10.07.2011 | 5493 dəfə oxunub

"Banqa" ilə cavab oyunu necə keçdi?

- Uşaqlar əllərindən gələni etdilər. İlk görüşlə müqayisədə litvalılar yaxşı oynadılar. Onlar bizim oyunumuzu bildikləri üçün müdafiəyə çəkilmişdilər. Ona görə də qol vurmağa çətinlik çəkirdik. «Banqa» müdafiədə otursa da, komandamız istəyinə çatdı. Qələbə münasibətilə hamını təbrik edirəm. «Qarabağ»ı dəstəkləməyə gələn azarkeşləri sevindirdik. «Qarabağ»ı sona qədər dəstəkləyən azarkeşlərə də təşəkkürümü bildirirəm. 
Növbəti mərhələdə rəqib «Streymur»dur. Farer adaları təmsilçisi o qədər də güclü klub hesab olunmur. Siz necə düşünürsüz?
- Rəqibi kiçiltmək olmaz. Onlara qiymət vermək və dəyərləndirmək lazımdır. «Streymur»a zəif yanaşsaq, sonrası bizim üçün çətin olar. Avropa Liqasına vəsiqə qazanıblarsa, elə-belə komanda deyillər. «Banqa»nı da zəif hesab etmək olmaz.  Hər iki oyunda əzmkarlıq göstərdilər. Sadəcə, oyunları alınmadı və nəticədə «Qarabağ» güclü oldu.
«Streymur» haqqında məlumat toplaya bilmisiz?
- Bu işlə məşqçilər korpusu məşğul olur. Rəqib barədə az da olsa, məlumat yığa bilmişik. Amma hələ yetərincə deyil. Qurban müəllim «Streymur»un oyununu çözəndən sonra komanadanı rəqibə görə hazırlayacaq. 
Sizcə, «Qarabağ» bu oyunla qrup mərhələsinə düşə bilər?
- Artıq üçüncü ildir Avropa Liqasına qatılırıq. Buna qədər iki dəfə qrup mərhələsinə yaxınlaşmışıq. Pley-offda qarşımıza elə rəqiblər çıxdı ki, onları keçmək mümkün olmadı. Hansı ki,  «Tvente» və «Borussiya» öz ölkəsində növbəti mövsüm çempion oldular. İndi qismət olarsa, püşk qarşımıza bizə uyğun rəqib çıxararsa, qrup mərhələsinə də vəsiqə qazanarıq. Ən pis halda ötən illərdəki uğurlarımızı təkrarlamaq istəyirik.
«Qarabağ»da yeni transferlər gözlənilir?
- Transferlərlə bağlı qərarı baş məşqçi verir. Əgər onun bəyəndiyi oyunçu olsa, alacağıq. Həmin futbolçu «Qarabağ»ı gücləndirəcəksə, niyə də olmasın?  
Komanda qrupa düşərsə, futbolçulara mükafat veriləcək?
- «Qarabağ»ın uğurlarının arxasında mükafat deyil, birlik dayanır. Klub rəhbəri futbolçuların əməyini yüksək qiymətləndirir. «Qarabağ»ın uğur qazanması üçün əlindən gələni edən hər kəs bunun qarşılığını alacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail