"Qarabağ"a qalib gəlmək istəyirik" MÜSAHİBƏ

05.05.2014 | 3428 dəfə oxunub

"İnter"in gürcü legioneri Aleksandr İaşvili klubun rəsmi saytına müsahibə verib

-Baxmayaraq ki, “Sumqayıt” turnir cədvəlində aşağı yerlərdən birini tutur, bu komandayla oyun asan olmadı.

-Bəli, “Sumqayıt” turnir cədvəlində aşağı yerlərdən birini tutur, lakin bu vəziyyət onları liqada qalmaq üçün daha səylə mübarizə aparmağa vadar edir. Bu komanda çox yaxşı hücum futbolu oynayır. Belə komandalar adətən müdafiədən oynayırlar, lakin “Sumqayıt” yaxşı mənada istisna təşkil edir. “Sumqayıt” özlərini yaxşı tərəfdən nümayiş etdirməyə çalışan gənc futbolçulardan ibarətdir. Bu matçda bizə çətin oldu, ancaq əsas qələbədir və biz başlıca vəzifəmizi yetirə yetirməyi bacardıq.
 
-Xüsusilə də birinci hissənin əvvəlində çətin oldu, amma sonra “İnter” öz futbolunu göstərməyə başladı.
 
-Oyunun lap əvvəlində biz topu saxlamağa çalışırdıq, ancaq bunu etmək alınmırdı. Biz bilirdik ki, qonaqların heyətində əks-hücumlarda çox güclü olan sürətli futbolçular var. Komanda onlara əks-hücumlar üçün imkan yaratmamağa çalışdırdı, yəqin buna görə belə təəssürat yaranmışdı.
 
-Bu, sayca ard-arda 7-ci qələbə oldu. “İnter” mart ayının ortalarından xal itirmir.
 
-Ən əsası odur ki, biz qələbə qazanmaqda davam edirik və turnir cədvəlində vəziyyətimizi yaxşılaşdırırıq. Axı mövsümün ilk hissəsində turnir cədvəlinin sonuncu yerlərində gedirdik, lakin komanda özündə güc tapdı və xoşagəlməz vəziyyətdən çıxmağı bacardı. Bu, bütün komandanın xidmətidir. Ən başlıcası-belə qrafiki saxlamaq və mövsümü yaxşı notlarla başa vurmaqdır.
 
-Qarşıda komandanı səfərdə “Qarabağ”la çətin oyun gözləyir. Bu qarşılaşma barədə nə düşünürsünüz?
 
-Biz bu komandaya son 3 matçda məğlub olmuşuq. Əlbəttə, 4-cü matçda qalib gəlmək istəyirik. Məsələ futbol meydançasında həll olunacaq, biz nəyə qadir olduğumuzu göstərməyə çalışacağıq.
 
-Bu yaxınlarda mətbuatda belə bir məlumat yayıldı ki, mövsüm başa çatdıqdan sonra karyeranızı bitirəcəksiniz.
 
-Etiraf edim ki, bu məsələ barədə tam qərar verməmişəm. Bəli, karyeramı başa vurmaq barədə düşünmüşəm, ancaq bununla bağlı hələ yekun qərar qəbul etməmişəm. Qarşıda bizi daha 3 oyun gözləyir və növbəti oyunlarda komandaya kömək etmək istəyirəm. Hələlik yalnız bu haqda düşünürəm.
 
- Almaniyada keçirdiyiniz uzun illərdən sonra bu ölkəni tərk etmək çətin deyildi?
 
-Almaniyada 17 il yaşamışam və çempionatı dəyişmək çətin idi. Bu ölkə dünya futbolunda aparıcı mövqelərdədir. Orada dolu tribunlar qarşısında oynayırsan, matçlara 45 min, Dortmundasa 80 min tamaşaçı gəlir. Lakin Azərbaycana gələndə nə etdiyimi bilirdim və seçim barədə təəssüflənmədim. Etiraf edim ki, Azərbaycanda belə güclü çempionat olduğunu bilmirdim. Burada yaxşı futbolçular oynayırlar və asan oyunlar yoxdur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail