"Əgər Syomin istəsə..." AÇIQLAMA

05.05.2014 | 5010 dəfə oxunub

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov bildirib ki, klub rəhbərliyi komandanın hazırkı baş məşqçisi Yuri Syominlə müqavilə müddətini artırmaq istəyindədir. Stadium.az xəbər verir ki, Nəcəfov İTAR-TASS informasiya agentliyinə bunları söyləyib: “Komanda qala zolağa düşmüşdü. Ancaq biz çempionatın son üç oyunun qazandıq. Həmçinin, ölkə Kubokunun finalına yüksəldik. Əgər Kuboku qazana bilsək, bu, bizim klubumuz üçün tarixi hadisə olacaq. Beləliklə, Yuri Syominin rəhbərliyi altında hələlik hər şey yaxşı gedir. Baş məşqçi ilə yeni müqaviləyə gəlincə, düşünürəm ki, biz bu haqda ölkə Kubokunun finalından sonra danışacağıq (22 may). Əgər Syomin istəsə, Qəbələnin baş məşqçisi olaraq, qalacaq. Onunla razılığı uzatmaq istəyimiz var”.

Nəcəfov həmçinin, qeyd edib ki, Moskva “Spatak”ı təmsilçilərinin Syominlə əlaqəyə girməsi haqda məlumatı yoxdur. KİV-in məlumatlarına görə, Rusiya klubu rəhbərliyi komandanın baş məşqçisi kimi, onun namizədliyini gözdən keçirirlər.

Syominin özü telefon danışığında “Spartak”a mümkün təyinatını şərh etməkdən imtina edib: “Mən mövsümün həlledici məqamına köklənmişəm. “Qəbələ”ni ölkə çempionatının və Kubokunun finalında vacib oyunlar gözləyir. Digər mövzulara dair yalnız bu oyunlardan sonra danışa bilərəm”, deyə təcrübəli mütəxəssis bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail