Sxadadze 700-ə çatdı

05.05.2014 | 3626 dəfə oxunub

Topaz Premyer Liqasının XXXIII turu “İnter”in gürcüstanlı legioneri Baçana Tsxadadze üçün əlamətdar olub. Stadium.az xəbər verir ki, hücumçu Azərbaycan çempionatlarında 100-cü matçına çıxıb. “Sumqayıt”la görüşdə yubiley qeyd edən legioner bu matçlarda 29 qol vurub.

Tsxadadze “İnter”də keçirdiyi 87 oyunda 24, “Simurq”da 8 oyunda 5 top vurub. “Standard”da keçirdiyi 5 qarşılaşmada qol hesabını aça bilməyən legioner məhz bu komandada - 2008/09 mövsümündə debüt edib. 2010/11 mövsümündə “Simurq”da (8 oyun, 5 qol) və “İnter”də (2 oyun) çıxış edən Tsxadadze 2011/12 (29 oyun, 7 qol) və 2012/13 (29 oyun, 8 qol) mövsümlərini də Bakı klubunda keçirib. Baçana cari mövsümdə meydana çıxdığı 27 matçda 9 qola sevinib.

Qeyd edək ki, Tsxadadze milliləşənlər də daxil olmaqla Azərbaycan çempionatında 100 və daha çox oyun keçirən 38-ci legionerdi. Onadək gürcüstanlı futbolçulardan Georgi Adamiya, Badri Kvaratsxeliya, Qoqa Beraya, Aleksandr Qoqoberişvili, Aleksandr İntskirveli, Giorgi Lomaya, Valeri Abramidze də 100-ü arxada qoymuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail