“İmarət” fanklubu “Qarabağ”dan dəyişiklik istədi!

11.07.2011 | 6094 dəfə oxunub

"Qarabağ" Futbol Klubunun fanklubu "İmarət" bəyanat yayıb. O, bəyanatı olduğu kimi sizə təqdim edirik:

"Məlumdur ki, Azərbaycanın ən köklü futbol klublarından olan Ağdamın "Qarabağ" Klubunun əsası 1951-ci ildə qoyulmuşdur. 1966-ci il Azərbaycan SSRİ daxili birinciliyində "Məhsul" adı ilə çıxış edən Ağdam klubu iki il sonra fəaliyyətini dondurmuş və 70-ci illərin sonunda bərpa olunaraq bu dəfə "Şəfəq" və "Kooperativ" adı daşımış və nəhayət 1988-ci ildə "Qarabağ" adı ilə ölkə çempionatının qızıl medallarına yiyələnmişdir.
XX əsrin son illərində klub bir çox sıxıntılardan ciddi əziyyət çəkib. Bütün bunlara baxmayaraq "Qarabağ" 2-ci dəstəyə yollanmamış və Azərbaycan futboluna öz töhfəsini verməkdə davam etmişdir. Biz bu gün Qarabağın adını Avropa və dünyanın digər bölgələrində eşidirik. Bir çox ölkələrdə klubumuzu tanıyır, onu ciddi rəqib kimi qəbul edir və pərəstişakarlarının sayı durmadan artır.

Klubun 60 illik tarixi olmasına baxmayaraq onun emblemində 1987-ci il yazılması Qarabağın klubunun tarixinin 36 ilini itirməyimizdir. Bu gün dünyaya biz Qarabağın qədim Azərbaycan ərazisi olduğunu isbat etməyə çalışırıq. Bizə düşmən qüvvələr Qarabağın adını və tarixini bizdə oğurlamağa çalışır. Belə bir zamanda klubun tarixinin cavanlaşdırılmasına nə zərurət var? Zənnimizcə "Qarabağ" adının bizim komandaya məhz münaqişə başlayan vaxtlardan, 1987-ci ildən yox, daha keçmişdən məxsus olduğunu göstərmək labüddür.

2001-ci ildə ən sıxıntılı dövrümüzdə xeyirxah əməlləri ilə nəinki Azərbaycanda, hətta bütün şərqdə, türk dünyasında ad qazanan "Azərsun" Holdinq şirkəti "Qarabağ" adına sahib çıxdı və bu adı unutdurmamaq üçün əməli işə girişdi. Tez bir zamanda şirkətin prezidenti Abdulbari Qoozalın bilavasitə şəxsi köməkliyi ilə klubun maddi problemləri həll olundu. Bizim dünya futbolunun tam hüquqlu üzv olmağımızda "Azərsun"un böyük köməyi oldu. İndi də "Azərsun" rəhbərliyinə o yaraşar ki,adımızınvə özümüzün tarixini tam yaşatsın və bütün dünyaya son 20 ildə deyil, son 60 ildə mövcud olduğumuzu göstərsin..

Avropaya inteqrasiya edirik və klubumuzun daha təcrübəli olmasını göstərmək istəyirik. Lakin klubun emblemində 1987-ci il yazılması bizim əl-qolumuzu bağlayır. Biz istəyirik ki, 60 illlik tariximiz olduğun bütün dünya bilsin. Buna görə Sizlərdən xahiş edirik Klubun rəsmi emblemində qeyd edilən 1987-rəqəmi 1951 rəqəmi ilə əvəz olunsun.

Hörmətlə İmarət Fan Klubunun üzvləri.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail