"Bakı"da nələr oldu?: Futbolçular söyüş söydü, sonra hamısı Qəbələyə getdi - SON ANDA

07.05.2014 | 5646 dəfə oxunub

“Bakı”nın futbolçularının 4 aydır maaşlarını ala bilməməsi heç kimdə sirr deyil. Stadium.az saytında bu barədə xəbər yer alıb və bütün mətbuatda oxucuya dolğun informasiyalar çatdırılıb. Futbolçulara son olaraq söz verilb ki, “Qarabağ”la oyundan sonra pulları veriləcək. Futbolçular isə son turda Ağdam klubunu büdrətsələr də, əmək haqlarını ala bilməyiblər. Bundan sonra isə məşqə belə çıxmaqdan imtina ediblər. Hətta komandanın futbolçularından birindən aldığımız məlumata görə, onlar legionerli yerlilər qarışıq bir yerə toplanaraq, ortaya çox ağır söyüşlər də qoyaraq söz veriblər ki, pullarını almayana qədər nə məşqə çıxacaqlar, nə də oyuna. Bu səbəbdən də “Qarabağ”la oyundan sonra məşqlərə çıxmaqdan imtina ediblər. Vəziyyətin çıxılmaz olduğunu görən baş məşqçi Milinko Pantiç isə əsas komandaya cəlb olunan gənc futbolçularla yanaşı, əvəzedici heyəti Qəbələyə aparmaq məcburiyyətində imiş. Düənən əvəzedici heyət Qəbələdən döndükdən sonra Pantiç onları yanlarına çağıraraq, bu gün üçün yenidən səfərə çıxacaqlarını bildirib. Gənc oyunçular isə Bakıya qayıdıb bu gün yenidən geri qayıdacaqlarısa niyə elə Qəbələdə qalmayıblar sualını Pantiçə ünvanlayanda, cavab “pul yoxdur, harda qalacaqdız” olub. Əvəzedicilərə də ötən gün tapşırılıb ki, bu gün səhər saat 9-da klubun bazasında olsunlar. Onlar da tapşırığı yerinə yetiriblər. Amma Bazaya gəldiklərində əsas komanda üzvlərinin də orada olduğunu görüblər. Yerlilərdən əvvəlcə Əfran İsmayılov, sonra digərləri gəlib. Legionerlərin də hamısı eyni anda bazaya təşrif buyurublar.Komanda bir neçə saat əvvəl, təxminən 11 radələrində Qəbələyə səfərə çıxıb. Yenə də futbolçulardan birindən aldığımız məlumata görə, səfərə ancaq zədəli və cəzalı olan oyunçular getməyib, qalan bütün heyət Qəbələyə yola düşüb.

Maraqlidir, onları fikirlərindən nə daşındırıb? Hətta aralarında söyüş də vardı axı. Bu suala da elə adının açıqlanmasını istəməyən futbolçu cavab verdi: “Vallah biz sözü bir yerə qoymuşduq, amma yuxarıdan elə yerdən zəng gəldi ki, heç kim yox deyə bilmədi. Buna görə də hamı gəldi”.

“Yuxarı” deyiləndə isə bunun klub prezidenti Hafiz Məmmədov olduğunu zənn edirik. Hər halda, oynamaları üçün futbolçulara ölkə prezidenti zəng etməyəcəkdi. Klub prezidenti onları arayaraq “Qəbələ”ylə oyundan sonra pullarının veriləcəyini bildirərək oyuna çıxmağa razı salıb.

Stadium.az



  #1   Adınız: fatime;   E-mail: [email protected]

11.05.2014 15:28

Efran yaxsi edib mesqe cixib. amma basa dusmedim pantic niye
onu qebele ile oyuna buraxmayib

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail