"Bu cür heyət dəyişikliyi ilə ilk ildə çempion olan komanda tanımıram”

07.05.2014 | 3105 dəfə oxunub

Premyer Liqanın 34-cü turunda az əvvəl başa çatan oyunda "Qəbələ" "Bakı"ya qalib gəldi - 3:1. Stadium.az xəbər verir ki, Qəbələ klubu bu qələbə sayəsində Avroliqaya vəsiqəni təmin etdi. Oyundan sonrakı mətbuat konfransında Yuri Syomin bu qələbəni belə şərh etdi: “Fikrimcə, ilk hissədə çox yaxşı oynadıq, iki top fərqi ilə irəli çıxdıq. İkinci hissədə isə futbolçular niyəsə hesabı qorumağa çalışırdılar. Buna görə keyfiyyətli oyun göstərə bilmədi. Bütün deyilənlərə baxmayaraq, komanda qarşısına qoyulan məqsədə çatdı, Avropa Liqasına vəsiqə qazandı. Qarşıda daha iki oyunumuz var. Kubokun finalına da hazırlaşacağıq. Futbolçuları və klub rəhbərliyini bu uğurla təbrik edirəm. Möcüzə olmur. Birdən-birə yaxşı nəticə qazanmaq olmur. Müəyyən səhvlər olurdu, ona görə alınmırdı. Zirvədə olan komandalar mövsüm boyu daha yaxşı oynayırdı, heyətləri daha stabil idi. Ötən illə müqayisədə 10 yeni futbolçumuz var. Bu cür heyət dəyişikliyi ilə ilk ildə çempion olan komanda tanımıram”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail