Pantiç məğlubiyyətdən danışdı: "Ədalətli nəticə oldu"

07.05.2014 | 2899 dəfə oxunub

Premyer Liqanın 34-cü turunda “Qəbələ” doğma meydanda “Bakı” ilə qarşılaşdı. Stadium.az xəbər verir ki, rəqinə məğlub olan "Bakı"nın mbaş məşqçis Milinko Pantiç yenilgi barədə danışdı: “Ədalətli nəticə oldu. Rəqib qapısı ağzında çoxlu qol epizodları yaratsaq da, onları qola çevirə bilmədik. Cəmi bir dəfə fərqlənə bildik. Rəqib isə qapımıza üç dəfə gəldi və hamısında qol vurdu. “Qəbələ”nin heyətində yüksək ustalıq səviyyəsi olan futbolçular var. Bizdən daha üstün oynayıb qələbə qazandılar. Topa sahib olmada üstün idik. Heyətdə müəyyən itkilərin olması da oyunumuza təsir etdi. “Qəbələ”ni Avropa Liqasına vəsiqə qazanması ilə təbrik edirəm, uğurlar arzulayıram. Rauf Əliyev və Cavid zədədən sonra tam bərpa olmadıqları üçün bu gün Qəbələyə gətirilməyiblər. İlk növbədə futbolçuların sağlamlığını düşünürəm, onları riskə atmaq istəmədim”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail