AFFA "Bakı"nı Avropaya buraxmadı

08.05.2014 | 3690 dəfə oxunub

Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının iclası keçirilib. Stadium.az xəbər verir ki, iclasda 2014-2015-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün müraciət edən 9 klubun (AZAL PFK, "Bakı" FK, "Qarabağ" FK, "Qəbələ" İK, "İnter" PİK, "Xəzər Lənkəran" FK, "Neftci" PFK, “Rəvan” FK, “Simurq” PİK) sənədlərinə baxılıb.
 
AFFA-nın Lisenziyalaşdırma Komissiyası “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaları”n 9-cu maddəsinə (Buraxılış 2013) əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
AZAL PFK, "Qarabağ" FK, "Qəbələ" İK, "İnter" PİK, "Xəzər Lənkəran" FK, "Neftci" PFK.
 
2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:
"Bakı" FK, “Rəvan” FK, “Simurq” PİK.
 
Həmçinin iclasda 2014-2015-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət edən 8 klubun ("Ağsu" FK, “Araz-Naxçıvan” PFK, “Kəpəz” PFK, "Qaradağ Lökbatan" FK, “Neftçala” FK, “Sumqayıt” FK, “Şuşa” FK, “Turan-T” İK) sənədlərinə ilkin baxış keçirilib və qərara alınıb:
 
1. Lisenziya iddiaçısı olan klublara 2014-2015-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziyanın verilib-verilməməsi ilə bağlı qərarın çıxarılması üçün əlavə sənədlərin araşdırılması tələb olunduğuna görə həmin qərarlar növbəti iclasda qəbul olunsun.
 
2. Müvafiq klublar əlavə araşdırma üçün tələb olunan sənədləri AFFA-nın Lisenziyalaşdırma Qrupuna 14.05.2014-cü il tarixinədək təqdim etməlidi ki, Lisenziya Komissiyası tərəfindən araşdırılıb müvafiq qərarlar qəbul olunsun.
 
3. 2014-2015-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət etmiş klublara ("Ağsu" FK, “Araz-Naxçıvan” PFK, “Bakı” FK“, Kəpəz” PFK, "Qaradağ Lökbatan" FK, “Neftçala” FK, “Rəvan” FK, “Sumqayıt” FK, “Simurq” PİK, “Şuşa” FK, “Turan-T” İK) lisenziyaların verilib-verilməməsi ilə bağlı qərarlar Lisenziya Komissiyasının 15.05.2014-cü il tarixdə keçiriləcək iclasında qəbul olunsun



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail