"Alınsa, qarşıdakı mövsümə Azərbaycanda başlayacam" MÜSAHİBƏ

08.05.2014 | 3846 dəfə oxunub

Qazaxstanın "Semeye" klubunda forma geyinən Savo Kovaçevişin Azərbaycan klublarının maraq dairəsində olması haqda xəbər yazmışdıq. Stadium.az-a müsahibə verən serb forvard bir çox məqamlara toxundu.

- Savo Azərbaycandan səni hansı klublar istəyir?

- Klubların adını bilmirəm. Sadəcə menecerlər vasitəsilə Azərbaycana gələ bilərəm. Mənə təklif etdilər ki, istəyirsən göndərək səni ora.

- Nə vaxt gəlmək istəyirsən?

- Ola bilsin ki, yayda gəldim.

- "Sankt-Qallen" kimi klubdan Qazaxstan çempionatına getməyinə səbəb nə oldu?

- "Sankt-Qallen"lə altı ay + 3 illik müqavilə imzalamışdım. Zədəm oldu. Sonrada qayıtdım zədədən. Baş məşqçi məni oynatmaq istəmədi. Mən də ayrıldım oradan.

- Bəs başqa klublardan təklif yox idi?

- Həmin vaxtı mənə oynamaq lazım idi. Formamı bərpa etmək istəyirdim. Ona görə elə birinci təklifdəcə qəbul etdim.

- Azərbaycan futbolu haqda bilgin var?

- Bəli. Serbiya- Azərbaycan matçı yadımdadı. Həm də serbiyalıların Azərbaycanda oynadığını bilirəm.

- Deməyindən belə çıxır ki, qarşıdakı mövsümə səni Azərbaycan Premyer Liqasında görə bilərik?

- Alınsa niyə də yox? Əsas razılaşmaqdı. Əgər hər şey istədiyimiz kimi alınsa, qarşıdakı mövsümə Azərbaycanda başlayacam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail