"Mövsümü ölkə kubokunun qalibi kimi..."
Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində keçirilən "Qəbələ" - "Bakı" (3:1) matçı "qırmızı-qaralar"ın azarkeşləri ilə yanaşı futbolçu Müşfiq Teymurov üçün də sevindirici və yaddaqalan oldu. Stadium.az xəbər verir ki, komandasının heyətində 15-ci matçına çıxan "Qəbələ" Futbol Akademiyasının yetirməsi məhz sözügedən qarşılaşmada - "qırmızı-qaralar"ın tarixində ilk dəfə Avropaya vəsiqə qazandığı görüşdə qol hesabını açdı. 21 yaş 3 ay 21 günlüyündə qol sevinci yaşayan Müşfiq cari mövsüm Premyer Liqada Qəbələ üçün qol vuran ən gənc futbolçu oldu.
Matçın ardından təəssüratlarını klub saytı ilə bölüşən Teymurov qələbəyə və qol hesabını açdığına görə sevincli olduğunu, qarşıda onları ciddi sınaqların gözlədiyini deyib:
"Əsas komandada qol hesabımı açdığıma görə çox sevinirəm. Bunun tarixi oyunda avrokuboklara vəsiqə qazandığımız matçda olması mənim üçün ikiqat sevindiricidi. Mənə ən vacib oyunlarımızın birində fərqlənmək nəsib oldu. Həm klub rəhbərliyi, həm də komanda bizi avrokuboklara çıxaran bu qələbəni çoxdan gözləyirdi. İnşallah, Avropa Liqasında da öz sözümüzü deyəcəyik. Bu turnirdə bütün Azərbaycanı təmsil edəcəyimizdən, layiqli çıxış etməyə çalışacağıq. Avrokuboklara qədərsə daha bir ciddi sınağımız - Azərbaycan kubokunun final matçı var. Əgər mənə şans verilərsə, Neftçi ilə həmin oyunda da qol vurmağa çalışacağam. Məqsədimiz mövsümü ölkə kubokunun qalibi kimi başa vurmaq Qəbələyə ilk titul qazandırmaqdı".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |