"Qəbələ" klubunda terrorçu vəhabilik təbliğ olunur - ŞOK ŞOK ŞOK

09.05.2014 | 27776 dəfə oxunub

Suriyada olan münaqişədən xəbəriniz var. Bu ölkədə guya azadlıq uğrunda mübarizə aparan dəstələr ölkə prezidenti Bəşər Əsədi devirərərk özlərinin dövlətini yaratmaq istəyir. Əslində, dəstə dediyimiz o birliklərdə döyüşənlər arasında bircə suriyalı da yoxdur. Onların hamısı başqa-başqa ölkələrdən mərkəzləşdirilmiş şəkildə Suriyaya aparılan döyüşçülərdir ki, biz onlara vəhabi, özləri isə özlərinə sələfi deyirlər.

VƏHABİLİK NƏDİR KİMLƏRDİR?

Vəhabilik (ərəb. الوهابية‎‎) — İslam dinində XVIII əsrdə formalaşmış dini-siyasi cərəyan. Əsası İslam alimi, İslam metafizikasının və dində yeniliklərin əleyhdarı olan İbn Teymiyyənin (1263-1328) davamçısı Məhəmməd ibn Əbdül Vəhab ət-Təmimi (1703-1792) tərəfindən qoyulmuşdur. Vəhabi termininin geniş yayılmasına baxmayaraq bu cərəyanın tərəfdarları özlərini "sələfi" (ərəb. سلف — əcdad, sələf) adlandırırlar.

Məhəmməd ibn Əbdül Vəhab hesab edirdi ki, əsl İslama yalnız Məhəmməd peyğəmbərin davamçılarının ilk üç nəsli (Əl-sələf əs-Saleh) tərəfindən riayət olunub. O, dindəki yeniliklərin əleyhinə çıxaraq onları küfr hesab edirdi. 1932-ci ildə Əbdül Vəhabın ideyalarının davamçısı sayılan Səud sülaləsi hakimiyyətə gələrək müstəqil Səudiyyə Ərəbistanı dövlətini yaratdı və bu dini-siyasi cərəyanı dövlət siyasətinə çevirdi.

Əbdül Vəhabın tərəfdarları bir sıra dövlətlərə, o cümlədən Osmanlı sultanı III Səlimə (1761-1808) yazılı dəvətlər göndərmişlər. 15 il ərzində Nəcd və Yəmən vəhabiliyi qəbul etdi. 1766-cı ildə Məhəmməd ibn Səud vəfat etdikdən sonra yerinə oğlu Əbdül Əziz keçdi. O, qılınc gücünə vəhabi təlimini yaymaq işini davam etdirdi. 1733-cü ildə vəhabilər Məkkə xalqını dəvət etmək və oranın alimləri ilə mübahisə etmək üçün 30 nəfərdən ibarət alim heyətini Məkkəyə göndərdilər. Vəhabi alimlər bu mübahisədə öz görüşlərini müdafiə etməkdə aciz qaldılar və Məkkə qazisi onların küfrünə hökm verdi.

İslamdakı yeniliklərə qarşı müxalifət aparan İbn Teymiyyənin baxışları İslam məzhəblərinin ziyalı təbəqəsinin etirazına səbəb olsa da, bir əsrə yaxındır ki, bu ideyalar yenidən İslam cəmiyyətində baş qaldırmış və müzakirə obyektinə çevrilərək özünə geniş auditoriya tapmışdır.

VƏHABİLƏR SURİYADA NƏ İSTƏYİR?

Vəhabilərin hazırda əsas məqsədi Suriyada indiki dövləti devirərərk müstəqil hökumətlərini yaratmaqdır. Maraqlıdır ki, Suriyada olan bu özbaşınalığa bir-iki dövləti çıxmaq şərtiylə, qalan hamısı göz yumur. Hazırda Suriyada dövlətə qarşı döyüşən vəhabilər arasında ayrıca Azərbaycan birliyi də var. Bu birlikdə azərbaycandan gedən vəhabilər “cigad” adı altında Suriya dövlətinə qarşı vuruşur. Qan içən olmalarıyla da fəxr edən vəhabilər Allah yolunda cihad etdiklərini söyləsələr də, günahsız insanları vəhşicəsinə öldürmələrinə, onların başların kəsmələri barədə heç düşünmürlər də. Suriyada azyaşlı uşaqlara qocalara, hətta hamilə qadınlara zor tətbiq edərək onları öldürürlər. Budurmu Allah yolunda cihad etmək?

Bəs ölkəmizdən ora necə gedirlər? Aldığımız məlumata görə, bunu üçün Bakıda və əyalətlərdə, əsasən də Şimal bölgəsində vəhbilərin xüsusi mərkəzləri var ki, buarada hazırlanan döyüşçülər Türkiyəyə, oradan da Suriyaya göndərilir. Hazırda fəaliyyətlərini davam etdirən vəhabilər Azərbaycan Suriyaya döyüşçü yollamaqda davam edirlər. Və çoxlu sayda da ölərək az qala hər gün ölkəyə cənazələri qayıdır.

VƏHABİLİK AZƏRBAYCANDA VƏ ÖLKƏ İDMANINDA

Uzun illər öncəyə dayanmasa da, son zamanlar Azərbaycanda vəhabilik və vəhabilər get-gedə daha  çoxalmaqda və yayılmaqdadır. Çox güclü şəkildə maliyələşən vəhabilik cərayanı ölkəmizdə savadsız və kasıb təbəqənin nümayəndələrin pulla ələ alaraq öz nəzəriyələrin onların beyninə oturdur və vəhabi edirlər. Onlar hazırda Bakı və ətrafında əsasən Müşfiqabad qəsəbəsi, Saray kəndi, Qaraçuxur qəsəbəsi, İçəri Şəhər məscidlərində və başqa yerlərində cəm olurlar. Yəni saları kifayət qədər çoxalıb. Hazırda bu təriqət sahibləri çox ağıllı yola əl atıblar. Onlar Azərbaycanda idman sektoruna soxularaq, burada istəklərini lazımınca təbliğ edirlər. Hazırda Azərbaycan kifayət qədər idmançı vəhabiliyi qəbul edib. Burada əsas diqqəti ona yönəltmək lazımdır ki, onlar idmançıları ələ almaqla birbaşa hazır döyüşçülərə sahib olular. Diqqət yetirsəz görərsiz ki, vəhabi olanların demək olar hamısı xüsusi idmançı bədəninə sahibdirlər. Yəni xüsusi olaraq seçilir, döyüşçü gözüylə baxılır və lazım olanda onlardan istifadə edirlər.

VƏHABİLİK AZƏRBAYCAN FUTBOLUNDA VƏ "QƏBƏLƏ" KLUBUNDA

Vəhabiliyin Azərbaycan idmanında ən çox sirayət etdiyi isə futbol sektorudur. Bu təriqət futbol adamlarından çoxuna sirayət edib. Deyilənlərə inansaq, hazırda “Qarabağ”, “Bakı”, “Sumqayıt”, “Simurq” və “Qəbələ” klubunda vəhabi futbolçular var. Təbii ki, bunlar ictimaiyyət arasında yayılan xəbərlərdir. Bu barədə kiçik bir araşdırma apardıq və “Qəbələ” klubuyla bağlı çox ilginc xəbərlər əldə etdik. Aldığımız məlumata görə, bu klubun akademiyasında konkret olaraq bəzi şəxlər tərəfindən vəhabi təriqəti təbliğ olunur. Onlar konkret olaraq azyaşlı gənc futbolçuları bu yola dəvət edir, qəbul edəcəkləri halda onlara yol açacaqlarını və daha yaxşı futbolçu olmaları üçün qabağa çəkəcəkləri vədi də verirlər. Kluba yaxın mənbənin verdiyi məlumata görə, “Qəbələ” klubunda vəhabi təriqətinin yayılmasıyla klubun akademiyasında məşqçi işləyən ötənlərin futbolçusu Azər Bağırov özəl olaraq məşğuldur. Mənbənin sözlərinə inansaq, Bağırov artıq 20-dən çox gənc futbolçunu vəhabi edə bilib.


Azər Bağırov


Hazırda Azərbaycan dövləti də vəhabiliklə mücadilə edir. Ölkə prezidentinin şəxsi göstərişindən sonra Azərbaycanda vəhabilərə qarşı nəzarət xüsusən gücləndirilib. Yəni onlardan gələcək təhlükəyə dövlət də hazır olmağa çalışır. Bildiyiniz kimi, “Qəbələ” klubunun sahibi Fövqəladə hallar naziri Kəmaləddin Heydərov da bir dövlət adamıdır. Cənab  general-polkovnik “Qəbələ”nin sahibi olmaqla yanaşı, həm də  Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidentidir. “Qəbələ”nin prezidenti Tale Heydərov isə cənab nazirin oğludur. Maraqlıdır, dövlətin ölkədə vəhabilərə qarşı açıq mübarizə apardığı bir vaxtda vəhabiliyin nüfuzlu Heydərovlar ailəsinin klubunda təbliğinə kim icazə verir və buna kimlər göz yumur?

Bəlkə cənab nazirin və ölkəmizi diaspora səviyyəsində İngiltərədə layiqincə təmsil edən Tale Heydərovun bundan xəbəri yoxdur?

Olmaya bilərdi, amma artıq var. Bundan sonrası da məhz hörmətli atayla oğul olan Heydərovlara düşür. Hələ gec deyil. Çünki klubunuzda bu təbliğat böyüsə və gələcəkdə dövlətə ziyan vursa, bundan ən çox zərər çəkən elə siz dövlət adamları olacaq və heç şübhəsiz ki, vəhabiliyə qarşı mübarizə aparan ölkə prezidenti də bundan xoşlanmaz.

Stadium.Az

Vəhabilər bax bu videoda gördüklərinizdir. Baxın və onların əslində kim olduğuna özünüz qərar verin:



  #3   Adınız: Malik;   E-mail: ---

09.05.2014 18:45

Yaxin vaxtlarda azerbaycanda suriyanin gunune qalacaq bele
getse. onsuzda yavas yavas baslayib sielerle vehabiler
arasinda davalar cox tez tez dusur. sumqayitda elibayramlida
bakida siyezene olan hadiselerde buna bariz numunedir. en
yaxisis bu isin ustune dusmelidirler onlari yox etmek kokun
kesmek lazimdi

  #2   Adınız: Hakim;   E-mail: ---

09.05.2014 18:44

Bir klubu idarə edə bilmirlərsə, bu adamlar o boyda nazirliyi
nece idere edir bes ona gore zibil gunune qalibda her sey

  #1   Adınız: Azərbaycanlı;   E-mail: [email protected]

09.05.2014 16:51

Vəhabiçiliyə Azərbaycan idmanında YOX!!!

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail