"Azərbaycan bizim üçün çox çətin rəqibdi" MÜSAHİBƏ

10.05.2014 | 4721 dəfə oxunub

Malta millisi və "Slima"nın yarımmüdafiəçisi Yakob Borq  müsahibə verib

- AÇ-2016-nın seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alırsız. Bu isə o deməkdi ki, iki dəfə millimizlə qarşılaşacaqsız. Həmin oyunlar haqda nə düşünürsən?

- Düşünürəm ki, çox ağır oyun olacaq. Avqust ayında keçirilmiş yoldaşlıq oyununda millinizə 0:3 hesabı ilə uduzduq. Komandanızda istedadlı futbolçular çoxdu. Azərbaycan əsl komanda oyunu sərgiləyir. Bizim üçün çətin olacaq. Amma məndə inam var ki, bizdə nəsə alınacaq.

- Səncə, Azərbaycan Malta üçün necə rəqibdi? Güclü, yoxsa münasib?

- Azərbaycan bizim üçün çox çətin rəqibdi. Bu mənada, oyun olduqca ağır keçəcək. Azərbaycan yaxşı komandadı. Amma onu deyim ki, biz də eləyik.

- Avqustda millimizə qarşı oynamısan. Ən çox hansı futbolçularımızı xatırlayırsan?

- Rüfət Dadaşov və Qara Qarayev. Hər ikisi əla futbolçudu və bizə qarşı da yaxşı oynadılar. Ancaq onları xatırlayıram. Çünki milli komandada debüt oyunum idi.

- Maraqlıdı, qrupda hansı yerə iddia edirsiz?

- İndiki məqamda bunu deyə bilmərəm. Arzu edirəm ki, komandam bu yolu keçsin. Hətta seçmə mərhələni də adlasın. Düzdü, bu, olduqca çətin görünür. Amma mümkünsüz də deyil.

- Azərbaycan futbolu haqda nə bilirsən?

- Açığı, futbolunuzla bağlı elə də çox məlumata sahib deyiləm. Eşitdiyimə görə, çempionatınız yaxşıdı. Hətta mən özüm də klublarınızdan təklif alıb orda oynamağa can atıram. Bir dəfə televiziyada iki klubunuzun oyununu görmüşdüm. Bir sözlə, valeh olmuşdum.

- Müqayisə eləsək, Azərbaycan futbolu üstündü, yoxsa Malta?

- Düşünürəm ki, Azərbaycan futbolu Malta futbolundan daha güclüdü. Bizim ölkə kiçik adadan ibarətdi və burda .futbolu inkişaf etdirmək çətin məsələdi. Bizdə də səviyyə artır. Amma Azərbaycanda daha yüksəkdi. (sportinfo.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail