"Xəzər Lənkəran”ı seçərkən düşünmüşdüm ki, özümü başqa ölkədə sınamağın vaxtı çatıb" MÜSAHİBƏ

10.05.2014 | 3267 dəfə oxunub

"Xəzər Lənkəran"ın sabiq qapıçısı, hazırda "Napoli"də çıxış Toni Doblasın müsahibəsi 


- Öncə deyərdiniz, 2 aydan sonra Neapolda özünüzü necə hiss edirsiniz?

- Özümü yaxşı hiss edirəm. Ona görə ki, sonuncu oyun təcrübəm 10 ay çıxış etdiyim Azərbaycanda olub. İranın qonşuluğunda yerləşən Lənkəran adlı şəhər paytaxtdan 4 saatlıq məsafədə idi və əhalisi qatı müsəlman idi... Bura isə tez uyğunlaşdım, çünki neapollular andalusiyalılara çox oxşayır. Adamları çox qonaqpərvər, istiqanlıdır və bu baxımdan özümü yaxşı hiss edirəm. 2 aydır ki, Neapoldayam, amma sanki çoxdan burdayam. Buranın camaatı məni çox yaxşı qarşıladı.


- “Napoli”yə keçidin necə baş tutdu?

- Braziliyalı qapıçı Rafael zədəli olduğu üçün oynamayacaqdı. Onlara işsiz qapıçı lazım idi. Azərbaycanın “Xəzər Lənkəran” komandasına qarşı iddiam vardı, 4 ay idi ki, Sevilyada qapıçılarla iş üzrə məşqçi ilə hazırlıq keçirdim. Mən bura gəlməyə dəvət aldım. 5-6 namizəd arasından mən seçildim. Baş məşqçi və qapıçılar üzrə məşqçi barəmdə müsbət rəy verdi. İşsiz ola-ola heyətə cəlb olunmaq qeyri-adi hal idi. Məşqçi mənə zəng edərək, "Napoli”yə dəvət edəndə böyük sevinclə qarşıladım.


- Sizə “Xəzər Lənkəran”dan təklif gəldi və buna razılaşdınız. Başqa təklifiniz yox idi? Niyə məhz bu kluba keçməyə razı oldunuz?

- “Xəzər Lənkəran”ı seçərkən düşünmüşdüm ki, özümü başqa ölkədə sınamağın vaxtı çatıb. Polşa və Macarıstandan da təkliflərim vardı. Ancaq maliyyə baxımından Azərbaycandakından 2 dəfə az pul verirdilər. Ona görə də 7 min km əvəzinə 10 min uzaqda çıxış etmək arxada qalan məsələ idi.


- Azərbaycandakı oyun təcrübəniz necə keçdi?

- Nəzəri baxımdan yaxşı. Çünki komanda 300 km aralıda yerləşən Lənkəranda yox, paytaxtda qalırdı. Lənkəranda isə əvvəl evdə qalırdım, daha sonra digər ispaniyalı oyunçu ilə birgə stadionun yaxınlığındakı yataqxanada bir yerdə qalmağa başladım. Müsəlmanlar üçün əcnəbilər eybəcər və günahkar idi... Şortda gəzmək onlar üçün təhqir idi. Çoxlu qaydalara görə rahat istirahət edə bilmirdik. Ancaq paytaxta gedəndə adamlar daha açıq idi və pivə içməyə gedə bilirdik.


- “Xəzər Lənkəran”da 2 ispaniyalı - baş məşqçi Karles Bakes və futbolçu Alvaro Silva da var idi. Onlarla birgə rahat yaşaya bilmirdiniz?

- Karles Bakes demişdi ki, mən Tobi Doblası istəyirəm. Getdim, ancaq 1 ay sonra o, işindən qovuldu. Alvaro Silva ilə birgə isə mənə çətin olmadı. Bir nömrədə qalanda təcrübəni bölüşürsən və beləcə özünü tənha hiss etmirsən.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail