Jerko Leko: "Neftçi"nin müdafiəsi zəifdir"

11.07.2011 | 5354 dəfə oxunub

"Artıq Neftçi"nin 2 oyunundan kadrları izləmişik. Rəqibi oyun öncəsi daha detallı təhlil edəcəyik". Stadium.Az xəbər verir ki, bu fikirləri Zaqreb "Dinamo"sunun aparıcı futbolçusu Jerko Leko deyib. Çempionlar Liqasının II təsnifat mərhələsində iyulun 13-də "Neftçi" ilə ev oyununa çıxacaq təcrübəli müdafiəçi özlərini cütün favoriti sayır: "Mən təbiətcə optimistəm. Fikrimcə, şansların 70-in 30-a bizim xeyrimizədir. "Neftçi" "Maksimir" stadionda yaxşı futbol göstərməyə çalışacaq. Biz buna hazır olub, oyuna diqtə etməli, öz üstün cəhətlərimizdən necə istifadə etməyi bilməliyik. Biz onlara yaxşı oynamağa imkan verməməliyik".
Çempionumuzun oyun xətlərini dəyərləndirən Leko ən çox çəkindikləri futbolçunun adını da çəkib: "Bu, Flavinyodur. Məncə,  braziliyalı yarımmüdafiəçi rəqibin ən təhlükəli futbolçularındandır. Ümumiyyətlə, "Neftçi"nin yarımmüdafiə xətti çox təhlükəlidir və onu zərərsizləşdirmək üçün meydanda çox işləməliyik. Bəli, onların müdafiəsi digər xətlərlə müqayisədə zəifdir, yarımmüdafiəçi və hücum xətti daha yaxşıdır".
Leko futbolda ilk addımlarını atdığı Zaqreb "Dinamo"suna bu il qayıdıb. Kiyev "Dinamo"su, Fransanın "Monako", Türkiyənin "Bucaspor" klubunda oynamış xorvatiyalı müdafiəçi 2002-ci ildən cəlb olunduğu yığmasında 59 oyunda 2 qol vurub. Jerko indiki klubu ilə 2001-02-ci illərdə 2 il dalbadal Xorvatiya kuboku və 1 dəfə Superkubokunu (2002) qazanıb.rnrnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail