Tahir Gözəl Con van Loenlə görüşüb

13.05.2014 | 3359 dəfə oxunub

Məlum olduğu kimi, AFFA tərəfindən “Qarabağ” FK aşağı yaş qruplarına Con van Loen texniki koordinator təyin olunub. Stadium.az xəbər verir ki, bir ay bundan öncə, klub başqanı Tahir Gözəlin iştirak etdiyi valideynlərin də qatıldığı tədbir keçirilmiş və hollandiyalı mütəxəssis ictimaiyyətə təqdim olunmuşdu.
Həmin gün başqan Tahir Gözəllə ayrılıqda görüş çərçivəsində Loen öz ideyaları və proqramı haqqında danışmış və ümumi perspektivlər müzakirələr olunmuşdu. Bu gün Tahir bəylə Van Loenin təkrar görüşü baş tutub. Hollandiyalı mütəxəssis bir ay ərzində gördüyü işlər, müşahidələri və ümumi durum haqqında başqanımıza məruzə etmişdir. Hollandiya millisinin sabiq hücumçusunun verdiyi raportu incələyən başqanla söhbət iki saat davam edib.
Loenin görüləcək işlər, lazımı dəyişikliklər, mövcud durum və problemlərlə bağlı danışıb aşağı yaş qruplarının inkişaf konsepsiyası ilə fikir mübadiləsi aparmışdır. Loeni dinləyən başqan hər bir məsələni ayrılıqda tədqiq etmiş Loenlə bu tipli görüşlərin mütəmadi olaraq keçiriləcəyini və aşağı yaş qruplarının iş sisteminin təkmilləşməsi üçün mümkün lazımi çalışmaların həyata keçiriləcəyini bildirmişdir.
(Klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail