"İnşallah, qrupa düşməyi bacaracağıq"

14.05.2014 | 2925 dəfə oxunub

Millimizin hücumçusu Cihan Özkara, həmçinin, onun komanda yoldaşı Fatih Kıran Buruciye mədrəsəsində təhsil alanlarla görüşüblər. Stadium.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Özkara görüş zamanı ilk növbədə, təhsil alanlara birbaşa müraciətlə bunları söyləyib: “Ən əsası, inamdır. Biz öz arzularımız və məqsədlərimizi həyata keçirə biləcəyimizə inanmalıyıq. Məsələn, mən nə istədiyimi və nəyə qadir olduğumu bilirəm. Hər kəs istədiyinə nail ola bilər, təki bunun üçün gücə olsun. Mən istərdim ki, mənim universitet həyatım olsun.  Ancaq mənim futbolum var”.

Milllimizin hücumçusu həmçinin, cari mövsümdə “Sivasspor”da çıxışı və komandanın qarşıdakı məqsədləri haqda danışıb: “Bu mövsüm bizim üçün həqiqətən də, uğurlu alındı. Biz həm öz məqsədimizə çatdıq, həm də yarış cədvəlinin zirvəsindəki yerlər uğrunda mübarizə apardıq. Əla oyunlar keçirdik. Belə oyunlarda biri “Beşiktaş”la oyun oldu ki, mən bunu heç zaman unutmayacağam. Doğma divarlar arxasında biz möhtəşəm qələbə qazandıq. Avropa Liqasında özümüzə yeri təmin edə bildik. Bizim məqsədimiz, əlbəttə ki, bacardıqca irəli getməkdir. İlk növbədə, qrup mərhələsinə çıxmaq lazımdır. Mövsüm hələ tamam başa çatmayıb və bu səbəbdən, Avropa Liqasında hansı mərhələdən mübarizəyə başlayacağımız məlum deyil. İnşallah, qrupa düşməyi bacaracağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail