Premyer Liqada bütün oyunlar 1 dəqiqəlik sükutla başlayacaq

14.05.2014 | 3104 dəfə oxunub

Futbol üzrə Azərbaycan Premyer Liqasında son turun bütün qarşılaşmaları 1 dəqiqlik sükutla başlayacaq. Stadium.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti (PFL) Ramin Musayev məlumat verib.

Musayev bu addımı Türkiyənin Manisa şəhərindəki Soma bölgəsində baş vermiş faciəvi hadisə ilə əlaqədar atdıqlarını açıqlayıb: "Türkiyədə baş verən faciəyə biganə qala bilməzdik. Biz də türkük, türkün faciəsi – bizim faciəmizdir. Ona görə də qərara aldıq ki, matçlara 1 dəqiqəlik sükutla başlayaq”.

PFL prezident bildirib ki, son turda "Qarabağ” və "İnter”ə qızıl və gümüş medalların verilməsi nəzərdə tutulduğundan, qara sarğı ilə mərasimin keçirilməsi düzgün olmazdı: "Lakin bütün qarşılaşmalar 1 dəqiqəlik sükutla başlayacaq”.

Ötən gecə Türkiyənin Manisa şəhərinin Soma bölgəsində mədən qəzası nəticəsində partlayış baş verib və nəticədə 300-dək insan həlak olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail