Ağasəlim Mircavadov: "Baş aça bilmədim, Konçita qadındır, ya kişi”

15.05.2014 | 3768 dəfə oxunub

Azərbaycanın ən titullu məşqçisi Ağasəlim Mircavadov Avstriya təmsilçisi Konçita Vurstun "Eurovision” mahnı müsabiqəsinin qalibi olması ilə bağlı fikirlərini bildirib. Stadium.az xəbər verir ki, "Şöhrət" ordenli mütəxəssis Sportnet.az-a açıqlamasında qalibi gördükdə təəccübləndiyini deyib:

"Müsabiqəni izləmədim. Lakin sonradan "MİR” telekanalında süjetə baxdım. Qalib müğənninin saqqalını gördükdə elə bildim kişidir. Sonra dedilər ki, kişi deyil, qadındı. Axır baş aça bilmədim, o, qadındır, ya kişi”. 

Təcrübəli mütəxəssisin fikrincə, belə hallar Avropaya yaraşmır: "Avropa səliqəli, mədəni yerdir. Anlamadım bunu hardan tapıb gətiriblər. Belə olmaz, bu, biabırçılıq, rüsvayçılıqdır”. 

Veteran futbolçu Vidadi Rzayev isə bildirib ki, belə görkəmdə olan müğənnini qəbul etmək mümkün deyil. Onun fikrincə, Konçitanın 1-ci olması utancverici haldır: "Guya avropalaşmışıq. Yəqin bunu qəbul edənlər o cür saqqala da normal baxırlar. Ayıbdır, utancvericidir. Buna necə normal baxmaq olar?”

Rzayev onu da bildirib ki, Konçitaya 12 bal verənlərin kimliyi aydın məsələdir və o, bu birinciliyi qəbul etmir.

Gənc futbolçulardan isə "Qəbələ"nin müdafiəçisi Ruslan Tağızadə danışıb. 21 yaşlı oyunçu bildirib ki, bu qalibiyyəti doğru hesab etmir: "İzləməmişəm, amma qalibə baxdım ki, avstriyalı Konçitadır, nə kişiyə oxşayır, nə də qadına. Qələbəyə layiq görmədim. Belə bir insanın qalib olması mənə çox maraqlı gəldi”. (sportnet.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail