"Qəbələ"nin gənc üzvünü türk klubu istəyir FOTO

15.05.2014 | 3276 dəfə oxunub

Mövsüm başa çatmaq üzrədi. Klublarımız indidən transfer çalışmalarına start verib. Yeni oyunçu gətirməklə yanaşı klublarımız köhnə oyunçuları ilə də müqaviləni yeniləməyə çalışır. "Qəbələ" də bu klublar sırasındadı. Məlumdu ki, limit söhbətinə görə klublarımız yerli gənc futbolçu axtarışına çıxıblar. "Qəbələ" də bu oyunçulardan sıxıntı çəkmir. Sadəcə komandanın üzvü Amit Quluzadənin yayda müqaviləsi başa çatacaq. "Qəbələ" ona yeni müqavilə təklif edib. Ancaq aldığımız məlumata görə, Quluzadəyə ölkənin aparıcı klubları təklif göndərib.  "Qəbələ" də öz növbəsində futbolçusuna yeni müqavilə təklif edib. Sadəcə son vaxtlar Yuri Syomin tərəfindən şans görməyən və əsas heyətdən uzaqlaşdırılan Quluzadə seçim qarşısında qalıb. Gənc oyunçu "Qəbələ"də ehtiyat oyunçular skamyasında oturmaqdan qorxur. Hər zaman oynamaq üçün alışıb-yandığından, düzgün seçim etmək niyyətindədi. Ancaq görünən budu ki, Syomin Quluzadəni komandada saxlasa belə, ona şans verməyəcək. Bunu deməyə haqqımız var. Syomin son vaxtlar Quluzadəni diqqətdən kənar saxlamaqla, bunu göstərmiş oldu.  Quluzadə haqda daha bir xəbər türk klubları ilə əlaqədardı. Redaksiyamıza daxil olan məlumata görə, Amiti Superliqanı tərk edən klublardan biri israrla istəyir. Amma o, "Qəbələ"də qalmaq istədiyindən hələ qərar verməyə tələsmir. (sportinfo.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail