"Yuri Syomin adlı-sanlı məşqçidi"

16.05.2014 | 3096 dəfə oxunub

“Qəbələ”nin prezidenti Tale Heydərov komandanın baş məşqçisi Yuri Syominin işi haqda fikirlərini bölüşüb. Stadium.az xəbər verir ki, Heydərov SVS kanalına müsahibəsində bunları söyləyib: “Yuri Syomin çox adlı-sanlı məşqçidir. O, “Qəbələ”yə kömək etmək üçün bu gün Azərbaycandadır. Düşünürəm ki, onun birinci ilini uğurlu hesab etmək olar. Biz Azərbaycan Kubokunun finalına çıxmışıq və hazırda çempionatda dördüncü pillədəyik və əlbəttə ki, avrokuboklara düşmüşük. O, uğura nail ola bilib. Syominin bizimlə qalacağı ilə bağlı hələ qərara gəlməmişik. Syominin özü qərara gəlməyib. Yaxın vaxtlarda bütün detalları onunla müzakirə edəcəyik. Şəxsən mən istərdim ki, Syomin bizdə qalsın. Belə ki, o, təcrübəli və yaxşı məşqçidir. Ancaq hər şeyi vaxt göstərəcək”. Heydərov həmçinin, qeyd edib ki, komandanın qarşısında ölkə Kubokunu qazanmaq tapşırığı qoyulub. Avrokuboklarda isə “Qəbələ” legionerlərlə güclənə bilər: “Bu, gələcək məşqçinin qərarıdır. Mən bu işlərə müdaxilə etmirəm və məşqçimizi dəstəkləyirəm”, deyə Heydərov fikirlərini tamamlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail