“Qarabağ”ın vitse-prezidenti kosmosa uçur

16.05.2014 | 3255 dəfə oxunub

“Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl kosmosa uçmağa hazırlaşır. Bu haqda AzərTAc dövlət agentliyi məlumat yayıb.
 
İş adamı, ölkəmizdə “Tusi Bohm Planitarium”un yaradıcısı da olan Tahir Gözəl yaxın iki ildə kosmosa uçmağa hazırlaşdığını bildirib. Tahir Gözəl uçuş planları barədə məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.
 
Bununla bağlı açıqlamanı T.Gözəl Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının və “Tusi Bohm Planitarium”un birgə təşkilatçılığı ilə keçirilən Astronomiya Günündə verib.
 
Tədbirdə Şamaxı Astrofizika Rəsədxanası direktorunun müavini Xıdır Mikayılov, bu qurumun elmi işçiləri Ədalət Atayev, Tahir Mustafa və digər çıxış edənlər Astronomiya Gününün əhəmiyyətindən, astronomiya elminin inkişaf tarixindən, Şamaxı Astrofizika Rəsədxanasının fəaliyyətindən, əldə olunan nailiyyətlərdən, perspektiv planlardan danışıblar.
 
Bu günü qeyd edən dünya astronomları insanların diqqətini planetlərə, onların öyrənilməsinə yönəldirlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail