Mustafa Dənizli: "Mən öz vəzifəmdən istefa verməmişəm"

17.05.2014 | 3327 dəfə oxunub

Təcrübəli futbol mütəxəssis Mustafa Dənizli bildirib ki, o, “Xəzər Lənkəran”ın baş məşqçi vəzifəsini tərk etməyib. Stadium.az xəbər verir ki, Dənizli bunları söyləyib: “Mən öz vəzifəmdən istefa verməmişəm, “Xəzər Lənkəran”dan getməmişəm və hələ də komandaya rəhbərlik edirəm. Bəli, rəhbərliklə aramızda gələcək işlərə dair müəyyən fikir ayrılığı var. Ancaq bu görüş mənim gedişimlə nəticələnməyib”.

Dənizlinin sözlərinə görə, növbəti həftədən onlar komandanın gələcək planlarını müzakirə edəcəklər: “İndi mən İstanbuldayam. Ancaq növbəti həftə mən Azərbaycana qayıdacağam və yenidən görüş keçirəcəyəm. Onda da gələcək planları müzakirə edərik. Fikir ayrılıqlarına gəlincə, bu, tamamilə normaldır ki, klub prezidenti və baş məşqçi haradasa bir-biri ilə razı deyillər”. (“Anadolu agentliyi”)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail