"Bütün komandamızı təbrik edirəm"

17.05.2014 | 3411 dəfə oxunub

"Bütün komandamızı təbrik edirəm. Futbolçularımız mövsüm ərzində verdiyimiz tapşırıqları yerinə yetirdilər. Nəzərə almaq lazımdır ki, heyətimiz iki cəbhədə mübarizə apardı. Həm əvəzedicilər çempionatında, həm də U-19 Liqasında uğurla çıxış etdilər. U-19 Liqasında çempion olmaq şansımız yüksəkdir". Stadium.az klubun saytına istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Luis Araqon söyləyib.

Cari mövsümdə əvəzedicilərlə ilk titulunu - gümüş medalları qazanan ispaniyalı mütəxəssis xüsusilə son oyunlarda futbolçularından razı qaldığını vurğulayıb. O, növbəti mövsüm üçün hədəflərindən bəhs etməyi də unutmayıb:

"Çempionatda əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Düşünürəm ki, nəticəni və göstərdiyimiz oyunu qənaətbəxş hesab etmək olar. Xüsusilə son oyunlarda komanda yaxşı təsir bağışladı. Amma  görəcəyimiz işlər hələ çoxdu. Mövsümün startında ötən mövsümdən daha yaxşı kollektiv formalaşdırmağı və daha yaxşı nəticə qazanmağı qarşımıza məqsəd qoymuşduq. Bu hədəfimizə nail olduq. "Qəbələ" əvəzedicilər çempionatında çıxış edən ən gənc kollektiv idi. Növbəti mövsüm üçün hədəflərimiz Elvin Camalov, Sadiq Quliyev, Murad Musayev, Müşfiq Teymurov kimi perspektivli futbolçuların ustalıq səviyyəsinin artırılmasını təmin etmək və onların əsas komandanın heyətində möhkəmlənməsinə yardımçı olmaqdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail