Yuri Syomin "Qəbələ"dən gedir?

20.05.2014 | 3279 dəfə oxunub

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin bildirib ki, Braziliyada keçiriləcək DÇ-də iştirak edəcək Rusiya yığmasının oyunlarına getmək fikrindədir. Stadium.az xəbər verir ki, “radarlar”ın baş məşqçisi Rusiya yığmasının DÇ-nin qrup mərhələsində iyunun 17, 22 və 26-da keçirəcəyi oyunlara baxmağı nəzərdə tutub:
“Bu ölkəni çox ziyarət etmişəm və indi də ora getməyə hazırlaşıram. Artıq biz dostlarımızla oteldə nömrə tutmuşuq, biletlər almışıq və qrup mərhələsində bizimkiləri dəstəkləməyə gedəcəyik”, deyə Syomin “Rossiyskaya qazetaya” müsahibəsində bildirib.
Bu müddətdə də “Qəbələ” Avropa Liqasına hazırlıq prosesi keçməlidir.
Azərbaycan Kubokunun finalında “Neftçi” üzərində qələbə təqdirində “radalar” Avropa Liqasının ikinci təsnifat mərhələsində oynayacaqlar ki, bu da 17-24 iyul tarixinə təsadüf edəcək.Finalda məğlubiyyət təqdirində isə “Qəbələ”ni birinci təsnifat mərhələsində mübarizə gözləyir (3-10 iyul).
Syominin Braziliyada ola-ola komandanı qitə turnirində debütə necə hazırlayacağı isə anlaşılmaz olaraq, qalır. Ancaq bəlkə də təcrübəli mütəxəssis yaxınlarda “Qəbələ”ni tərk edəcəyinə işarə vurub.
Xatırladaq ki, Syomin bir çox klubların, o cümlədən Moskva “Spartak”ının maraq dairəsindədir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail