"Simurq"un üzvünə təkliflər var

21.05.2014 | 2686 dəfə oxunub

Cari mövsüm "Simurq"dakı oyunu ilə diqqətləri üzərinə çəkənlərdən biri də Draqan Ceran oldu. Vurduğu qollarla komandasının qələbələrində böyük pay sahibi olan serb oyunçu hazırda ölkənin top klublarının diqqət mərkəzindədi. Cerana təkliflər təkcə Azərbaycandan deyil. Bizə verilən məlumata görə, ucaboy forvard Avropanın üç klubundan təklif alıb. Əsasən də Hollandiya, Yunanıstan və Danimarka klubu Ceranı öz heyətində görmək istəyir Həmin klubların adını da dəqiqləşdirmişik. Belə ki, Cerana Danimarkadan "Viborq", Yunanıstandan "Levadiyakos", Hollandiyadan isə "Dortrext" çağırır. "Viborq" Danimarka yüksək liqasında son pilləni tutaraq aşağı liqaya yuvarlanıb. "Dortrext" isə Hollandiya ikinci liqasında ikinci pilləyə sahib çıxaraq, qarşıdakı mövsüm Erediviziyada oynamağa haqq qazanıb. "Levadiyakos" da mövsümü pis keçirməyib. Yunanıstan Superliqasında yarışan klub mövsümü 8-ci pillədə başa vurub.(sportinfo.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail