"Qarabağ" millinin sabiq üzvü ilə müqavilə bağladı

21.05.2014 | 3338 dəfə oxunub

"Qarabağ" mövsüm başa çatar-çatmaz müqaviləsi başa çatan futbolçularla masa araxasına əyləşib. Stadium.az xəbər verir ki, daha öncə Qara Qarayev, Ansi Aqolli, Admir Teli ilə müqavilə imzalayan Ağdam klubu daha bir futbolçuyla saziş yeniləyib.

Azərbaycanın ən universal futbolçularından sayılan İlqar Qurbanov yenə də "Qarabağ"ın uğurları üçün tər tökəcək. 2011-ci ilin yanvarından "Qarabağ"ın formasını geyinən istedadlı futbolçu daha 1 illik sazişlə "Qarabağ"a xidmət edəcək.

Qeyd edək ki, "Mersin İdman Yurdu"ndan transer olunan sabiq milli futbolçu başa çatmaqda olan mövsümdə daha çox müdafiənin cinahlarında çıxış etsə də, baş məşqçi Qurbanovdan yarımmüdafiənin cinahlarında eyni zamanda hücumda da yararlanıb.

27 yaşlı futbolçu klub saytına verdiyi açıqlamada yeni müqavilə barəsində danışıb: "Yenidən "Qarabağ"ın formasını geyinəcəyimə çox məmnunam. Artıq 4 ildi ki, "Qarabağ"dayam. Özümü burda evimdəki kimi hiss edirəm. "Qarabağ"da olan mehribanlıq, kollektivçilik bir futbolçu üçün əla stimuldu. Biz bir ailə olaraq bütünləşərək çempion olmağı bacardıq. İndi məsuliyyətimiz daha da artıb. "Qarabağ" formasının haqqını ödəmək üçün əlimdən gələn hər şeyi edəcəm. Qarşıdan çətin dönəm gəlir. Avrokuboklarda hər kəs bizdən uğur gözləyir. Amma ilk növbədə yaxşıca hazırlaşıb ölkəmizi layiqli şəkildə təmsil etməyə çalışacağıq. Azarkeşlərimizi də "Qarabağ" ətrafında daha sıx birləşməyə səsləyirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail