Böyükağa Hacıyev: " Hesabı qorumağı düşünürdüm"

23.05.2014 | 3413 dəfə oxunub

"Neftçi" Azərbaycan kubokun qazandı. Stadium.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında baş məşqçi Böyükağa Hacıyev də qalib gəldikləri oyundan danışıb: "Əsl final oyunu oldu. Çox gərgin oyun keçdi. “Qəbələ” güclü komandadır. Oyundan öncə də qeyd etmişdim ki, Azərbaycanda iki titul var – çempionluq və kubok. Çempion ola bilmədik, amma kuboku qazandıq. Komandamı təbrik edirəm.

Mövsüm sonunda klubla müqaviləm başa çatır. Klubun prezidenti Sadıq Sadıqovla görüşəcəyik. Qalmağımı istəsə, qalacam, getməyimi istəsə, gedəcəm. Heç zaman qorxmamışam. Qorxaq məşqçi uğur qazana bilməz. Müvəffəqiyyət qazanmaq üçün risk etmək lazımdır. Bu gün Məqsəd İsayev Mahir Şükürovu, Samir Məsimov da Araz Abdullayevi layiqincə əvəzlədi. Onlar istədiyim kimi çıxış etdilər. Mahir artıq dağın zirvəsini görmüş adamdır. O zirvədən aşağı düşür yavaş-yavaş.
 
Məqsəd isə hələ o zirvəyə qalxmayıb. Onun məqsədi yuxarılara getməkdir. Mənə komandada heç kim etiraz edə bilməz. Komanda işçi briqada kimidir, mən də onların rəhbəriyəm. Erik Ramos Rəşad Sadiqov əvəzlənərkən meydanın mərkəzində tək qalmışdı. Ona görə bir az pis oldu. Mən də dedim ki, narahat olma. İndi ora futbolçu göndərəcəm. Cavid İmamverdiyevlə Denis Silvanı əvəzləyərkən hesabı qorumağı düşünürdüm. Çünki Syomin buraxılan qoldan sonra üç hücumçu ilə oynamağa başladı. Mən də onun taktikasına uyğun olaraq meydana Denis Silvanı buraxıb mərkəzi gücləndirdim".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail