Yuri Syomin: "Gələn dəfə penaltiləri oyunun ən zəiflərinə həvalə edəcəyik"

23.05.2014 | 3257 dəfə oxunub

"Qəbələ" Azərbaycan kubokunun final oyununda oyunsonrası penaltilərlə "Neftçi"yə məğlub oldu. Stadium.az xəbər verir ki, əyalət klubunun rusiyalı baş məşqçisi Yuri Syomin də elə bundan danışıb: "İlk olaraq qeyd edim ki, Azərbaycan kubokunun finalı yaxşı təşkil edilmişdi. Azarkeşlər tərəfindən yaxşı atmosfer yaradılmışdı. Komanda olaraq da pis oynamadıq. Hər iki komanda bu oyunda qələbə qazana bilərdi. Sadəcə penaltilər seriyasında uduzduq. 

“Qəbələ” ilk dəfədir ki, ölkə kubokunun finalına çıxır. Nizami Hacıyevin hərəkətinə əsəbiləşmişdim. Çünki o, meydanda vaxt apardı. Əslində o daha yaxşı ötürmə edə bilərdi. Bəlkə də qol olacaqdı. Penaltiləri ən yaxşı hesab etdiyimiz oyunçulara həvalə etmişdik. Onlar vura bilmədi. Marat bugünkü oyunun ən yaxşısı idi, lakin penaltini vura bilmədi. Gələn dəfə penaltiləri oyunun ən zəiflərinə həvalə edəcəyik". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail