Ramin Musayev: "Onu ağlayarkən görəndə ürəyim üzüldü" MÜSAHİBƏ

23.05.2014 | 3969 dəfə oxunub


Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Kubokunun final matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Stadium.az həmin müsahibəni təqdim edir...

- Final matçının təşkilatçılığı barədə nə deyə bilərdiniz?


Bu PFL-in işidir. PFL bir ailədir, 2008-ci ildən yaranıb və bu günədək kollektivdə dəyişiklik, demək olar ki, yoxdur. Bir ailə kimi fikirləşir və işimizi görürük. 

- "Qəbələ” tərəfi bu oyuna təbliğati baxımından daha yaxşı hazırlaşmışdı. "Neftçi”və azarkeşləri isə passiv görünürdü. Bununla bağlı nə deyə bilərsiniz?

- Doğrudan da hər iki komanda gözəl oyun nümayiş etdirdi. Düzdür, birinci qolu "Neftçi” vurdu, amma "Qəbələ” də pis oynamadı. Mən deyərdim ki, bu matçda qapıçılar oynadılar. Kamran Ağayevi çox istəyirəm. Onu ağlayarkən görəndə, həqiqətən ürəyim üzüldü. "Neftçi”nin qapıçısı da yaxşıdır. Düzdür, bir az rəqib komandanın əsəbiləri ilə oynayır. Əslində bu da bir taktikadır. Amma bu dəfə oynamadı. Çox gözəl oyun keçdi. Baxmayaraq ki, Böyükağa müəllim stadionun o biri tərəfində idi, amma Syomin gedib, onun əlini sıxdı. Bu, peşəkarlıq göstəricisidir. Onu da qeyd edim ki, bu oyunun gözəl alınmasında "Qəbələ” rəhbərliyinin böyük rolu oldu. Bu, danılmaz faktdır. Onlara təşəkkürlərimizi bildiririk. Stadionun 90 faizi "Qəbələ” azarkeşləri idi. Bu qədər yolu gəldilər, sağ olsunlar. Amma futbolda udmaq da olur, uduzmaq da. Qarşıda Avropa Liqasının oyunları var. Bu səbəbdən, onlara uğurlar arzulayıram. Necə ki, bu gün onlar gəlib buranı şənləndirdilər, biz də Avropa Liqası oyunlarında onlara dəstək olarıq. 

- Əvvəllər də "Neftçi”də çalışmış bir klub rəsmisi kimi, bu oyunda sabiq komandanızın azarkeşlərinin azlığını nə ilə əlaqələndirərdiniz?   

Mənə elə gəlir ki, "Neftçi” rəhbərliyi keçənilki hadisələrə görə ehtiyat elədilər. Fikirləşdilər ki, çox gətirsələr, münaqişə olar. 

- Axı gətirməyə nə ehtiyac var? Oyun paytaxtda keçir. "Neftçi” azarkeşlərinin özləri gələ bilməzdilər?   

- Onlar azarkeşlər üçün məndən 2000 bilet almışdılar. Həmin adamlar da gəlmişdilər. Digər tərəfdən, ehtiyat etməyə ehtiyac yoxdur. Çünki "Qəbələ” ilə "Neftçi” əzəli rəqib deyil. Münaqişələr "Xəzər Lənkəran”la oyunda olur. Gəlin, belə deyək, artıq "Neftçi” – "Xəzər Lənkəran” oyunlarının əvvəllki dadı da yoxdur. 

- AFFA prezidenti Rövnəq Abdullayev bu oyuna niyə gəlmədi? 

- Rövnəq müəllim Dövlət Neft Şirkətinin prezidentidir. Onun həmin sahədəki işi burdakından da ağır və vacibdir. Gəlməyibsə, deməli vacib işi olub. Ancaq oyun gedə-gedə mənimlə və Elxan Məmmədovla bir neçə dəfə danışdı. Özü burada olmasa da, ürəyi burada idi.   

- Avrokuboklara gedəcək komandalarımız ürəyinizcə oldu?   

- Vallah, ürəyimcə deyəndə, bir az pis çıxır. Yəni, mövsümü əvvəldən axıradək izləmisiniz, komandaların vəziyyəti ilə tanış idiniz... Mən onu deyim ki, "Qəbələ”, "Neftçi” və "Qarabağ”ın getməyinə inanırdım, "İnter”in gedəcəyinə yox. Bu, danılmaz faktdır. Amma baş məşqçilərinə halal olsun, deyərdim ki, Kaxaber Tsxadadze yoxdan nə isə varlıq yaratdı və Avropa Liqasına vəsiqə qazandılar. Həmin dörd komandamızın hər birinə uğurlar arzulayıram. Onlar bizim komandalardır. Mənə elə gəlir ki, "Qəbələ” də oyunlarını burada keçirəcək. Çünki onların stadionu hazır deyil. Çalışarlar ki, Respublika stadionunda bugünkü məğlubiyyətin əvəzini Avropa Liqasında çıxsınlar. 

- Ən çox hansı komandamızdan uğurlu nəticələr gözləyirsiniz?   

- Bunu demək bir az çətindir, püşk atıldıqdan sonra dəqiqləşdirərik. Mənə elə gəlir ki, "Qarabağ”a güclü rəqib düşsə, yaxşı olacaq. Çünki onlar güclü rəqibə qarşı daha yaxşı oynayırlar. 

- Bəs klub prezidentləri niyə mükafatlandırma mərasimində yox idilər?   

Onların qonaqları var idi. Bura gəldilər, görüşdük. Hər şeydən razılıqlarını bildirdilər və getdilər. Yəni burada olmaları mənə heç vacib də deyildi. Ən vacibi mən idim, mən də meydançaya düşdüm. Daha nə istəyirsiniz?



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail