Şahin Diniyev kimdən və nəyə görə üzr istədi? FOTO

23.05.2014 | 3780 dəfə oxunub

Millimizin keçmiş baş məşqçisi Şahin Diniyevin oğlu Coşqun Diniyevin sosial şəbəkədə paylaşdığı şəkillər mətbuatda yayılıb.

Stadium.az xəbər verir ki, “Futbol+” qəzeti futbolçunun evdə və maşında çəkilmiş şəkillərinin altında yazdığı şərhləri əsas götürərərk Coşqun Diniyevi intizamsızlıqda və tərbiyəsizlikdə ittiham edib. Coşqun Diniyev bir şəkildə əlində xeyli pul tutub. O, yazdığı şərhdə pulu hara xərcləyəcəyini də qeyd edib: “Qəlyana gedirəm”

Bir şəkildə isə Coşqun Diniyev YPX-dən gələn xəbərdarlıq məktubunu paylaşıb. Bu məktubdan görünür ki, Coşqun maşını sürətlə idarə etdiyi üçün cərimə olunub.

 Oğlunun “instagram”da paylaşdıqlarına münasibət bildirməsi üçün Şahin Diniyevin özü ilə əlaqə saxladıq. Publika.az-a danışan Ş.Diniyev məsələdən xəbərsiz olduğunu dedi: “Siz dediniz, mən özüm xəcalət çəkdim. Paylaşdıqlarından xəbərim yox idi. Amma gəncdir, səhv edib. İndi özü burada deyil. Özüm onunla söhbət edəcəm. Əslində onun qəlyan çəkmədiyinə əminəm. Yəqin ki, dostları ilə zarafat etmək istəyib. Kiminsə xətrinə dəyibsə, oğlumun əvəzindən mən üzr istəyirəm. Çalışarıq bu bir daha təkrarlanmasın”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail