"Sevinirəm ki, daha bir il "İnter"də çıxış edəcəm" AÇIQLAMA

24.05.2014 | 3412 dəfə oxunub

Məlum olduğu kimi, bir neçə gün əvvəl "İnter" makedoniyalı futbolçu Slavço Georgiyevski ilə müqavilə müddətini daha 1 il uzatdı. Stadium.az xəbər verir ki, təcrübəli legioner bununla bağlı klub saytına danışıb:

"Sevinirəm ki, daha bir il "İnter"də çıxış edəcəm.  Mənə göstərilən etimada görə klub rəhbərliyinə və baş məşqçiyə təşəkkür edirəm. Çalışacağam ki, gələn mövsümdə də komandaya fayda verim. Artıq iki ildi ki, "İnter"in formasını geyinirəm və bu klubda məni hər şey qane edir. Ola bilsin ki, növbəti mövsüm mənim futbolçu karyeramda sonuncu olsun, lakin indi mən ancaq gələcək oyunlar haqqında düşünürəm. Qarşıda bizi Avropa Liqasında çıxış gözləyir və bu oyunlara ciddi hazırlaşmalıyıq".

Qeyd edək ki, ayın 17-də başa çatmış mövsümdə Slavço Georgiyevski 21 çempionat oyununda meydanda olub və bu matçlarda 1 qolla fərqlənib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail