"Syomin həqiqətən Rusiyada işləmək istəyir"

24.05.2014 | 3428 dəfə oxunub

Yuri Syominin rəsmi təmsilçisi Dmitri Selyuk Syominin “Qəbələ”dən gedişinə aydınlıq gətirib. Stadium.az xəbər verir ki, Selyuk “İzvestiya” nəşrinə bunları söyləyib: “Azərbaycan Kubokunun finalından sonra Syomin yaxın günlərdə başa çatacaq müqaviləni uzatmaqdan imtina etdi. Müqavilə tərəflərin qarşılığı razılığı əsasında əməkdaşlığı davam etdirməyə imkan verirdi. “Qəbələ” Syominlə müqavilə bağlamağa müvafiq maraq göstərdi.

Ancaq Syomin imtina etmək qərarına gəldi. Yuri Pavloviç müqavilə müddətində vicdanla işlədi və qarşısında qoyulmuş məqsədi - “Qəbələ”ni avrokuboklara çıxarmağı yerinə yetirdi. Syomin həqiqətən Rusiyada işləmək istəyir. Cari mövsümdə Rusiya premyer-liqasının bəzi komandalarının necə çıxış etdiyini nəzərə alsaq, bu halda, Syominin namizədliyi sadəcə, istənilir. Yuri Syominin bütün komandaları mövsümün yekunlarına əsasən, mütləq avrokuboklara çıxırlar. Syomin real uğura nail olmaq baxımından, müvafiq məşqçidir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail