"Neftçi" çempion oldu VİDEO

24.05.2014 | 3613 dəfə oxunub

Bayıl stadionunda U-12 Liqanın final oyunu keçirilib. Stadium.az xəbər verir ki, "Qəbələ" və "Neftçi" komandaları arasında keçirilmiş qarşılaşma 2:0 hesabı ilə paytaxt komandasının xeyrinə başa çatıb.

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. 41 qolla liqanın bombardiri olmuş "Xəzər Lənkəran" komandasının üzvü Musa Musazadəyə buts hədiyyə edilib. Final qarşılamasının ən yaxşı oyunçusu, "Qəbələ" komandasında çıxış edən Rauf Məhərrəmov Braziliyada keçiriləcək dünya çempionatının rəsmi topu "Brazuca" ilə təltif olunub. Feyr-pley mükafatına isə "Neftçi" komandasının futbolçusu Nihat Vəliyev layiq görülüb.

Liqanı üçüncü pillədə başa vurmuş "Bakı", ikinci yeri tutmuş "Qəbələ" və turnirin qalibi "Neftçi" müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif edilib. Sonda "Neftçi" komandasına kubok təqdim olunub.

Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, "Atropatena" şirkətinin İdarə Heyətinin sədri Elşad Rəsulov və futbol veteranı Rüstəm Rəhimov təqdim edib.





Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail