"Neftçi"ni qələbə münasibətilə təbrik edirəm" MÜSAHİBƏ

24.05.2014 | 4079 dəfə oxunub

"Qəbələ"nin yarımmüdafiəçisi Lorenso Ebesilyonun müsahibə verib.

- Kubokun finalında "Neftçi"yə məğlub oldunuz...
- Təəssüf ki, yalnız cavab qoluna gücümüz çatdı. Amma bu, futboldu. Qələbə də qazanırsan, məğlub da olursan. Əlbəttə, hamımız qələbə qazanmağı çox istəyirdik. Oyuna çox ciddi hazırlaşmışdıq. Amma alınmadı.

- Premyer Liqanın son turundakı gərgin qarşılaşmadan sonra bu oyuna hazırlaşmaq çətin deyildi ki?
- Xeyr. Bu, mövsümün son oyunu olmaqla yanaşı, həm də final matçı idi. Yəni burda maksimum gücümüzü qoymalı olduğumuzu bilirdik. Bacardığımızı da etdik.

- Bütövlükdə, mövsümü necə dəyərləndirə bilərsiz?
- Mövsümün əvvəlini yaxşı keçirdik. Hətta deyərdim ki, hər şey gözlədiyimizdən də yaxşı idi. Amma mövsümün ortalarında müəyyən durğunluq dövrü yaşadıq. Mövsümün sonlarında isə yenidən özümüzə gəldik. Daxili arenada "Qəbələ" ilk böyük uğurunu yaşadı. Qazandığımız uğurlara görə qürur duyuruq. Mövsüm çox çətin keçdi. Klubuma da minnətdarlığımı bildirirəm. Mənə oynamaq, özümü göstərmək şansı verdilər.

- "Qəbələ" Avropa Liqasında da özünü göstərə biləcək?
- Bilmirəm. Sadəcə, onu deyə bilərəm ki, bəzi futbolçuların müqavilə müddətləri başa çatır. Hər halda kimin qalıb-qalmayacağına rəhbərlik qərar verəcək. Qarşıda nəyin necə olacağını deyə bilmərəm. Hazırda biz sadəcə, kubokdakı məğlubiyyətə görə üzülürük. "Neftçi"ni qələbə münasibətilə təbrik edirəm.

- Bəs siz özünüz "Qəbələ"də qalmaq istəyirsiz, ya başqa təklifləri nəzərdən keçirirsiz?
- Hələ bilmirəm. Geridə çox ağır bir mövsüm qaldı. Bütün mövsümü oynamışam. Dediyim kimi, klub rəhbərliyi mənə çox yardımçı oldu. Şəxsən, mənim üçün uğurlu mövsüm oldu. Çünki əvvəlki komandamda çox nadir hallarda meydana çıxırdım. Əlbəttə, biz kuboku da qazanmaq istəyirdik. Amma məncə, çempionatın bürünc medalı da komandamız üçün bir uğurdu.(azerisport.com)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail