"Sİmurq"dan daha bir oyunçu ayrıldı

24.05.2014 | 3822 dəfə oxunub

"Simurq" daha bir futbolçusu ilə yollarını ayırıb. Stadium.az xəbər verir ki, Taqim Novruzov Zaqatala klubunu tərk edib.

Müqaviləsi başa çatan yarımmüdafiəçiyə yeni anlaşma təklif olunmayıb. Baş məşqçi Georgi Çixradze güvənmədiyi futbolçunu komandada saxlamaq istəməyib.

Qeyd edək ki, "Simurq"a yayda AZAL-dan transfer olunan Taqim Premyer Liqada 10 oyuna çıxaraq 431 dəqiqə oynayıb. O, əvvəllər AMMK (Bakı), "Şahdağ", "Qarabağ", "Turan", MOİK, "Muğan", "Rəvan" və AZAL-ın formasını geyinib.

Onu da qeyd edək ki, bundan əvvəl "Simurq" müqaviləsi bitən Nenad Kiso, Nicat Qurbanov və Mindauqas Kalonasla yollarını ayırıb. Onlarla yanaşı, Ruslan Poladov, Stepan Polyak, Dilaver Zrnanoviç, Raul Kostin və Anderson Oliveyranın müqaviləsi başa çatıb. Bu futbolçulardan bəziləri ilə danışıqlar aparır. Komandada saxlanılacaq və gedəcək futbolçuların siyahısı yaxın günlərdə bilinəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail