"ABŞ-la oyundan maksimum nəticə ilə ayrılmaq istəyirik"

26.05.2014 | 2573 dəfə oxunub

Mayın 20-dən ABŞ-da təlim-məşq toplanışında olan və mayın 27-də San Fransisko şəhərində ABŞ yığması ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandası hazırlığını davam etdirir. Stadium.az xəbər verir ki, millimizin hücumçusu Cihan Özkara toplanışla bağlı fikirlərini bildirib:

“Toplanışımız yüksək səviyyədə təşkil olunub. Komanda daxilində ab-hava çox yaxşıdı. Tək çətinliyimiz saat fərqinin olmasıdı. Buna da uyğunlaşmağa çalışırıq. Məşqlərimiz çox intensiv şəkildə davam edir. Oyuna qədər tam hazır olmalıyıq.

ABŞ yığması haqda kifayət qədər məlumatımız var. Yurgen Klinsmanın komandası Braziliyada təşkil olunacaq dünya çempionatında iştirak edəcək. Bu qarşılaşma həm onlar, həm də bizim üçün əhəmiyyətlidi. ABŞ millisi üçün dünya çempionatı öncəsi son sınaqlardan biridisə, bizim üçün güclü rəqiblə oyunda hazırlığımızın hansı səviyyədə olmasını bilməyimiz baxımından vacibdi. Təbii ki, hər birimiz çalışıb bu görüşdən maksimum nəticə ilə ayrılmaq istəyirik”. (AFFA)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail