"ABŞ-la oyun bizim üçün vacib qarşılaşmadı"

26.05.2014 | 2854 dəfə oxunub

Mayın 20-dən ABŞ-da təlim-məşq toplanışında olan və mayın 27-də San Fransisko şəhərində ABŞ yığması ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandası hazırlığını davam etdirir. Stadium.az xəbər verir ki, millimizin kapitanı Rəşad Sadıqov toplanışla bağlı fikirlərini bildirib:
 
 “Hazırlığımız proqram üzrə davam edir. Oyuna ciddi hazırlaşırıq. Bizim üçün vacib qarşılaşmadı. Qarşıda bizi Avropa çempionatının seçmə mərhələsi gözləyir. ABŞ yığmasıyla oyun, ola bilsin, Bolqarıstan millisi ilə görüş öncəsi son yoxlama matçı oldu. Hərçənd, avqust ayında da yoldaşlıq görüşündə qüvvəmizi sınaya bilərik. Vaxtımız çox azdı. Düzdü, klub səviyyəsində məşqlər etsək də, milli komandanın düşərgəsinə 2-3 aydan bir gəlirik. Ona görə də ABŞ millisi ilə oyuna ciddi yanaşırıq. Çalışacağıq ki, yaxşı oyunla yanaşı yaxşı nəticə əldə edək.

Uzaq yol qət etməyimizə baxmayaraq, komandada əhval-ruhiyyə pis deyil. Mövsümün sonudu deyə, müəyyən yorğunluğun olması təbiidi. Baş məşqçi Berti Foqtsun rəhbərliyi altında maraqlı və şən məşqlər keçirik. O, bizim yaxşı əhval-ruhiyyədə olmağımız üçün çalışır. Təbii ki, əsas diqqətimizi oyuna yönəltmişik. Yaxşı nəticə əldə etsək, əhvalımız daha da yaxşı olacaq.

ABŞ yığmasının bizə qarşı hansı heyətlə oynayacağını bilmirik. Dünya çempionatı öncəsi onların 3-4 yoxlama görüşləri olacaq. Meydana hansı futbolçunun çıxmasından asılı olmayaraq, gərgin mübarizə gedəcək. Dünya çempionatı ərəfəsində hər bir futbolçu baş məşqçinin etimadığını qazanmaq üçün çalışacaq. Bizim üçün ən böyük problem saat fərqinin olmasıdır. Zənnimcə, oyun gününədək uyğunlaşma prosesini aradan qaldırıb, oyuna tam yaxşı formada çıxacağıq”. (AFFA)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail