Krunoslav Yurçiç: "Neftçi"yə uduzsaq, istefa verməyəcəm"

13.07.2011 | 3761 dəfə oxunub

"Neftçi"yə qarşı Kufrenin oynamaması bizim üçün böyük itkidir. Çünki o , öz təcrübəsi və oyunu ilə digər müdafiəçilərə də örnək olur. Ancaq ilk oyunlarda belə problemlərin olması normaldır".
Stadium.Az xəbər verir ki, bu sözləri "Dinamo"nun baş məşqçisi Krunoslav Yurçiç deyib. Onun sözlərinə görə, rəqibin sürətli oyunu onlara başağrısı ola bilər:
"Kufrenin yoxluğunda müdafiədə müəyyən boşluqlar ola bilər. Diqqətli olmaq lazımdır. Çünki rəqibin sürətli hücumları müdafiədə ciddi səhvlər etməyimizə gətirib çıxara bilər. Biz isə bunu istəmirik. Bu gün "Neftçi" ilə matçda tarixi oyuna çıxacağıq. Ona görə tarixi deyirəm ki, bu görüşdəki uğursuzluq bizim avrokuboklardakı macəramıza son qoya bilər".
Yurçic iki oyunun nəticəsinə görə, növbəti mərhələyə çıxa bilməsələr, belə istefa verməyəcəyini bildirib:
"Neftçi"yə uduzsaq belə, istefa verməyəcəyəm. Ancaq avrokuboklarda mübarizəni dayandırsaq, mənim üçün çox çətin olacaq. Çünki klub rəhbərliyinin gələcəklə bağlı planlarına avrokuboklarda uğur qazanmaq məqsədi də daxildir. Amma bu barədə düşünmək belə istəmirəm. Çünki bu, komandanın oyununa da mənfi təsir edə bilər".rnrnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail